Reportaj, ZZ-Manşet

Küçə heyvanları haqqında rəsm sərgisi keçirilib - Reportaj

n1Bakıda “Mən danışa bilmirəm. SƏN mənim səsimsən. Bakının küçə heyvanları” mövzusunda Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”da sərginin açılış mərasimi keçirilib. Sərginin əsas hədəfi vətəndaşları küçələrdəki sahibsiz heyvanlar ilə doğru şəkildə rəftar etməyə həvəsləndirmək, əhlilləşdirilə biləcək sahibsiz heyvanlara qarşı olan rəftarı dəyişmək, bu mövzuya aid əsərlər təqdim edən yaradıcı şəxslərin tanıtmaq və əsərlərinin satışına kömək etmək, küçədəki heyvanların qayğısına qalan təşkilat üçün vəsait toplamaqdır.

Sərgisinin təşkilatçılarından biri Aytəkin Məhərrəmova bildirib ki, bu tədbir insanları heyvanlara qarşı daha rəhimli olmağa çağırır:

 Aytəkin Məhərrəmova-sərgi təşkilatçılarından biri

“Sərgidə 47  əsər sərgilənir. İçlərində həm rəsm, həm də fotolar var. Bu, tədbirin əsas təşkilatçısı Ulirika Pilsin özü də rassamdır. Onun da əsərləri burada təqdim olunur. Ümid edirik ki, bu tədbir insanlarda müsbət impluslar yardacaq. Çünki, onlar təbiətin bir parçasıdır. Onlara qarşı daha rəhimli olacaqlar. Onları sevəcəklər və anlayacaqlar ki, onlar təbiətin ayrılmaz bir parçasıdır və bizim cəmiyyət onlarsız mümkün deyil”.

 “ Azerbaijan animal rescue & veterinary care center”-in assistant direktoru Vüsalə Əli sərgi haqqında öz fikirlərini GSR.fm-lə bölüşür:

 Vüsalə Əli - Azerbaijan animal rescue & veterinary care center”-in assistant direktoru

“Küçələrdə acından, qəzalarda, soyuqdan yaxud sadəcə onlara olan işgəncələrin nəticəsində  ölən heyvanların sayı çoxdur. Biz ümid edirik ki, bizim insanlar bir gün həqqiqətən çox mərhəmətli və şəfqət dolu olacaqlar. Demək olar ki, artıq belə insanlara rast gəlirik. Nəyin ki, xarici vətəndaşlar arasında, həmiçinin öz vətəndaşlarımızın arasında da görürük. Bu çox sevindirici bir haldır”.

n4

Nəzrin Nəsimi sərgidə nümayiş etdirilən rəsm əsrlərini seçən münsiflər heyətinin üzvülərindəndir. O, rəsmləri seçərkən, mövzunun həyatda  necə yaşandığını göstərmək istədiklərini bildirir:

 Nəzrin Nəsimi- Münsiflər heyətinin üzvü

“Bizə tədbirin mövzusu ilə əlaqəli və əlaqəli olmayan rəsmlər göndərilib. Biz onların içərisindən mövzu ilə yaxından bağlı olanları seçmişik. Yəni, daha əziyyətli, daha ürəyə toxunanını seçmişik”.

Həvəskar rəssamlardan Nicat Muxtarlı bildirir ki, bu sərgi hər bir rəssamın həvəslə iştirak edəcəyi mövzuda təşkil olunub və burada iştirak etdiyi üçün çox şaddır:

 Nicat Muxtarlı- Həvəskar rəssam

“Sərgiyə bir iş vermişdim. O da nümayiş olunur. Rəsm əsərinin adı “Ruhum səninlədir”. Əsərin məqsədi insanlarla heyvanlar arsında münasibəti və sadiqliyi göstərməkdir. Rəsmdə o göstərilib ki, insanın sadiq iti ölür və onun qəbri üstə gəlir. İtin qəbri üstündə “heç vaxt tək qalmayacaqsan” yazılıb. Şəkildə də itin ruhunu göstərmişəm”.

Sərgiyə baxmağa gələn Şəmsiyyə Məmmədova, belə tədbirlərin insanların maariflənməsi üçün çox böyük əhəmiyyəti olduğunu deyib:

 Şəmsiyyə Məmmədova- Tamaşaçı

“Mən də küçə heyvanalarına qarşı xoş və mehriban rəftarın tərəfdarıyam. Düzü küçələrin çoxunda görürük ki, heyvanlara pis münasibət göstərirlər. Çox xoş oldu gəlib-baxmaq, sərgi ilə maraqlanmaq. Mənim  üçün çox maraqlı idi”.

Eyd edək ki, Sərgi Arts Council Azərbaycan, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi, Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”la birgə bir qrup rəssamın təşəbbüsü ilə başlayan xeyriyyə tədbirləri çərçivəsində təşkil olunub.


Hazırladı: Günay Kəlbəcərli

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.