Müsahibə, Sosial, ZZ-Manşet

“Kukla Teatrı həm də böyüklərin məkanı olacaq”

Без-имени-1

Aprelin 27-i və 28-i  Abdulla Şaiq adına Dövlət Kukla Teatrında iki tamaşanın premyerası keçirilib. Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimli GSR.fm-ə müsahibəsində bildirib ki, premyerası keçirilən tamaşaların hər ikisi böyüklər üçün idi, “18+” işarəsi ona görə idi ki,  tamaşanın tamaşaçıya ötürəcəyi informasiya, fəlsəfi fikir uşaqların anlaması üçün çətin ola bilər:

“Aprelin 27-də keçirilən tamaşa “Melodiya” tamaşası idi. Ailədəki kişi-qadın münasibətləri, qadının sonsuzluq problemi  haqqında olan ailə dramıdır. Qadın zivədən paltarları asır, paltarları asandan sonra səmada ulduzlar görünür və xəfif külək əsir. Qadın və kişi paltarları arasında bir səhnə oynanılır, sonda ipdə bir qız uşağının paltarı peyda olur. Bu da, sanki göylərin işarəsidir ki, bu ailədə hər şey yoluna düşəcək, sadəcə səbr etmək lazımdır. Tamaşada Vaqif Mustafazadənin musiqilərindən istifadə olunub. İfaçılar isə Samirə Nəcəfova və Rəhim Rəhimovdur”.

Rejissor  “Zəng” tamaşası haqqında da fikirlərini bölüşüb:

“ Hər iki tamaşanın müəllifliyi mənə məxsusdur. Rəssam işinə gəldikdə isə, hər iki tamaşanın rəssamı Rəvanə Yaqubovadır. “Zəng” tamaşasında Xəyyam Mirzəzadənin, Səyavuş Kəriminin, Ramiz Mirişlinin və Avropa bəstəkarlarının musiqilərindən istifadə olunub. Bu, zəng gözləyən tənha qocanın hekayəsidir. Tənha qoca öz evində oturub, tək xəyallara dalır, xatirələrlə yaşayır. Daima öz dostlarından, yaxınlarından, nəvələrindən zəng gözləyir və ona heç kim zəng etmir. Beləliklə, özünü lazımsız hiss edir və intihar etmək istəyir. Lakin birdən telefon zəngi gəlir, o qaçıb dəstəyi götürür. Tamaşa da xoş sonluqla bitir. “Zəng” tamaşasını demək olar ki, hamıya aid etmək olar, valideynlərə həsr edilib. Tamaşaçılar göz yaşlarını saxlaya bilmədilər. Hər iki tamaşa uğurla oynanıldı, bütün zal ayağa qalxdı. On dəqiqə tamaşaçılar ayaqüstə əl çalıbsa, bu tamaşanın yenə oynanılması lazımdır. Bu iki tamaşa ilə biz artıq Dövlət Kukla Teatrında böyüklər üçün tamaşalara da start verəcəyik. Kukla Teatrı tək uşaqların deyil, həm də böyüklərin məkanı olacaq”.

Qeyd edək ki, Dövlət Kukla Teatrı may ayının ayının sonunda “Zəng”, “Şou Çanta Trio və …” , Kamran Şahmərdanın “Ağ və Qara tamaşasını Yunanıstanda nümayiş etdirəcəyik.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.