Siyasət, ZZ-Manşet

Lavrov və Kerri Ukraynadakı vəziyyəti müzakirə edib

con kerri-sergey lavrovRusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində baş tutub.

Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti, “İslam dövləti” qruplaşmasına qarşı mübarizəni və İranla “altılıq” arasında danışıqları müzakirə ediblər.

ABŞ dövlət departamentinin məlumatına əsasən, Kerri və Lavrov Minskdə əldə edilən atəşkəs razılaşmasının maddələrinin tezliklə və tam şəkildə yerinə yetirilməsinin zəruriliyini vurğulayıblar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.