Müsahibə, Siyasət, ZZ-Manşet

“Lavrovun münaqişə ilə bağlı bəyanat verməməsi təəssüf doğurur”

QabilRusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də İrəvana səfər edəcək.

Bu haqda politoloq Qabil Hüseynli GSR.fm-ə müsahibə verib. O bildirib ki, Lavrov Ermənistana Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının Xarici İşlər Nazirlərinin görüşünə gedir, lakin Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu ola bilər:

“Bu toplantıya beş nəfər keçmiş Sovet ölkələrinin Xarici İşlər Nazirləri gələcək. Bu görüşün Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının Xarici İşlər Nazirlərinin toplantısının müntəzəm keçirilməsi haqqında olduğu bildirilir. Lavrovun səfəri həm də, Ermənistandakı indiki dəyişikliklərlə, yəni, hökumətin tərkibində baş verən ciddi dəyişikliklərlə əlaqədar olaraq ölkədə bunun nə cür reaksiya verməsini yerindəcə öyrənmək, Sarkisyanla fikir mübadiləsi aparmaq məqsədilə ola bilər. Ola bilsin ki, burada Dağlıq Qarabağ məsələsi də olsun, amma Rusiya Xarici İşlər Nazirliyi mətbuat katibinin dediyinə görə, Lavrov sırf Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının Nazirlər Şurasının toplantısına gedir və bu məsələlərin müzakirəsində də iştirak edəcək. Burada Dağlıq Qarabağ məsələsi xüsusi vurğulanmayıb. Lavrovun Dağlıq Qarabağ mövzusu ilə bağlı bəyanat verməməsi, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin də bu məsələyə toxunmaması müəyyən qədər təəssüf hissi doğurur”.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.