İqtisadiyyat, ZZ-Manşet

Liman gələn il istifadəyə veriləcək

Bakı Beynəlxalq Dəniz Ticarət LimanıTikintisi aparılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı gələn ilin sonunda istifadəyə veriləcək. Bunu Nəqliyyat Nazirinin müavini Musa Pənahov deyib.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, Musa Pənahov limanın tikintisinin birinci fazasında işlərin artıq yekunlaşmaq üzrə olduğunu bildirdi.

“Birinci fazada işlərə bərə terminalı daxildir. Bu terminal artıq Ələtə köçürülüb. Biz quru yükdaşıma üçün nəzərdə tutulan terminalda tikinti aparırıq . Bərə tam hazırdır. Limanın qalan hissəsi əminəm ki, gələn il tam olaraq istismara veriləcək”- deyə nazir müavini vurğuladı.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.