Siyasət, ZZ-Manşet

Londonda ilk dəfə müsəlman mer seçilib

londonLeyboristlər partiyasının təmsilçisi, Pakistan əsilli Sadiq Xan Londonun meri seçilib.

GSR.fm-in APA-ya  istinadən verdiyi məlumata görə, o, bu posta yiyələnən ilk müsəlman kimi tarixə düşəcək.

2013-cü və 2015-ci illərdə S.Xan britaniyalı müsəlmanlar arasında “ilin siyasətçisi” adını qazanıb.

Onun proqramının əsas bəndləri mənzil inşaatının, sosial sahənin inkişafı, ictimai nəqliyyatda qiymət artımının məhdudlaşdırılması və Hitrou hava limanının genişləndirilməsindən imtinadır.

46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır. O, 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb. Sadiq Xan evlidir, 2 övladı var.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.