İqtisadiyyat, ZZ-Manşet

“Lukoyl” 3 ölkədə yanacaqdoldurma məntəqələrini satır

lukoil_329214S1Rusiyanın “Lukoyl” neft şirkəti MOL Plc. və Norm Benzinkut Kft şirkətləri ilə Çexiya, Macarıstan və Slovakiyadakı aktivlərinin satışına dair müqavilələr imzalayıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, “Lukoyl”un Çexiyada fəaliyyət göstərən 44 yanacaqdoldurma məntəqəsini Slovnaft Ceska Republica, Spol. S.R.O şirkəti (MOL Plc. konserninin törəmə şirkəti) əldə edəcək. “Lukoyl”un Macarıstandakı 75 və Slovakiyadakı 19 yanacaqdoldurma məntəqəsini isə Norm Benzinkut Kft şirkəti əldə edəcək.

Müqavilələrin 2014-cü ilin sonunadək reallaşdırılacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.