Təhsil

Məktəblərin yanğın təklükəsizliyi

Yanğın təhlükəsizliyi haqqında qanunun 16-cı maddəsində deyilir ki, məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə məcburi qaydada yanğın təhlükəsizliyi tədbirləri xüsusi proqramlar üzrə öyrədilməlidir. Bəs görəsən bu maddənin tələblərinə məktəblərdə nə dərəcə də əməl olunur?

Xaçmaz şəhər 3 saylı məktəbin 11-ci sinif şagirdi Əzizağa Əsədullayev gözlənilmədən baş verə biləcək yanğınlara qarşı  2 ildir ki, məktəb direktorları tərəfindən təlimlərin həyata keçirildiyini bildirir. O eyni zamanda məktəbdə şagirdləri yanğın zamanı maarifləndirmək məqsədi ilə məlumat lövhəsinin olduğunu qeyd edir.

Əzizağa Əsədullayev

         Məlumat lövhəsi  göstərirdi bizə, məktəbin çertyojunda çıxış nöqtələrini, məktəbin qapılarını göstərirdi. Bundan sonra bizə zənglərin vurulma sırasını göstərdi, hava hücumu olanda 2 dəfə, yanğın baş verən zaman 3 dəfə zəng vurulduqda biz təcili olaraq sinif otağını tərk edib, bayıra çıxmalıydıq və stadionun həyətinə yığışmalıydıq.

2 saylı texniki humanitar liseyinin 11-ci sinif şagirdi Rauf Pirməmmədov məktəbdə şagirdlərə təlimlərin keçirilməsi üçün yerlərin olduğunu desə də, son 3 ildə heç bir təlimin keçirilmədiyini bildirir. Lakin məktəblər arası yarışların tərkibində yanğın zamanı hərəkətlər və zərərçəkmişlərə yardım olunması oyunlarının olduğunu deyir.

Rauf Pirməmmədov:

         Rayonlar arası olur, Səbaildə bəzi məktəblər birləşir. Bir-birilərinə qarşı yarışırlar. Bir məktəbdən hardasa 5 dənə 6 dənə uşaq olur. Məsəlçün, təlim keçirdirlər qızlı oğlanlı. Qızlar həkim, oğlanlar belə iş görürlər. Yanğın olanda adamı guya qoyurlar nasılkaya, nasılkadan aparırlar. Guya yanğın baş verib burda ,belə işlər görürlər.

Bakı Şəhər üzrə Təhsi İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məktəblərdə gözlənilmədən baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün, Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli şöbələri ilə əməkdaşlıq etdiklərini deyir. O, Nazirliyin əməkdaşlarının mütəmadi olaraq bu mövzu ilə əlaqədar məktəblərdə görüşlər təşkil etdiyini qeyd edir.

Bəzi məktəblərdə yanğın çıxışlarının sinif otaqlarına çevrilməsi və ya bağlanması məsələsinə gəlincə isə Zəminə xanım, bununla bağlı hər hansı cəza tədbirlərinin həyata keçirilmədiyini, bu cür halların şagird sıxlığı nəticəsində əmələ gəldiyi fikrindədir.

Zəminə Əliqızı:

         Praktik şəkildə yalan yanğın formaları həyata keçirdirlər ki, uşaqlar həmin momentdə hansı addımlar atmalıdılar, onlara bu barədə məlumatlar verilir. Maarifləndirmə işləri aparılır ki, təhlükəsizlik nöqteyi nəzərindən belə hadisələr baş verəcəyi halda uşaqlar özlərini itirməsinlər. Bütün məktəblərdə bu cür işlər aparılır, silsilə xarakterli işlərdir.

Təhsil eksperti Nadir İsrafilov isə bu məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir işin görülmədiyini deyir. O, eyni zamanda elavə edir ki, sovet dövründə əyani tədbirlərin daha çox görülürdü. Son illərdə isə məktəblərdə bu sahə ilə bağlı maarifləndirmə işlərinin tamam diqqətdən yayınıb.

Nadir İsrafilov:

Məktəbdə elə bir maarifləndirmə işi mənə rast gəlmiyib, şəxsən mən görməmişəm elə bir şey. Yanğındı, digər fövqəladə hallardı bununla əlaqədar sovetin dövründə xüsusi mülki müdafiə məsələrinə böyük diqqət yetirilirdi. Hər bir xüsusi məlumat verilirdi. Yəni lap konkret bu məsələni qoysaq sovetin dövründə bu məsələlərə ciddi diqqət yetirilirdi.

Öncəki xəbərNövbəti xəbər