Əgər artıq çəkidən xilas olmaq və ya sadəcə detoks etmək üçün təbii yollar axtarırsınıza, GSR.fm sizə müxtəlif içkilər məsləhət görür. Bu içkilər faydalı olduğu qədər, həm də çox ləzzətlidirlər. Bu içkilər maddələr mübadiləsini sürətləndirməklə yanaşı, artıq yağlardan xilas olmağınızı da asanlaşdırır.
Nanəli yaşıl çay
Əsas tərkib hissəsi yaşıl çay olan qarışımda nanə və limon iltihablanmanın qarşısını alır.
Hazırlanması :
- Bankaya yaşıl çay əlavə edin
- Bir ovuc təzə nanə yarpaqları əlavə edin
- Bir neçə dilim limon əlavə edin
Bazar günü bankanı soyuducuya qoyun, birinci gündən etibarən hər gün bir fincan içməyə davam edin.
Çiyələkli qarışım
Əzələlərinizi gücləndirməyin yollarından biri çoxlu protein qəbul etməkdir. Bu milkşeyk protein qəbulunu artırır və çiyələk maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.
Hazırlanması :
Blenderə əlavə edin və qarışdırın:
- ½ litr yağsız süd
- 1 stəkan çiyələk
- ½ stəkan yulaf
- 1 stəkan qatıq
- ¼ stəkan kətan toxumu
Meyvəli qarışım
Bu qarışım çox ləzzətlidir, çünki tərkibi meyvələrdən ibarətdir. Əsas tərkib hissəsi olan qreyfurt çox güclü yağ parçalayıcısı kimi tanınır.
Hazırlanması :
Blenderə əlavə edin və qarışdırın.
- 2 sıxılmış qreyfurt
- 2 dilim ananas
- 1 stəkan moruq
- ½ stəkan su
Alma kokteyli
Almalar enerjinizi artırmaq üçün ən ideal qidalardan biridir. Bu hüceyrələrin yağ əmməsini azaldır. Bu ləzzətli içki əzələləri gücləndirir və yağları əritməyə kömək edir.
Hazırlanması :
Blenderə əlavə edin və qarışdırın.
- 1stəkan qatıq
- 1 doğranmış alma
- 1 x/q bal
- ½ stəkan badam
- Darçın
- ½ litr yağsız süd
Ədviyyatlı qarışım
Bu yaşıl çay qarışımı bir çox sağlamlıq avantajına sahibdir. Yaşıl çay, bibər və darçın maddələr mübadiləsini sürətləndirir və bal bədəninizi təmizləyir.
Hazırlanması :
1 stəkan yaşıl çay hazırlayın. Bir az bal, bir çimdik bibər və 1 x/q darçın əlavə edin.
Hindistan qozu suyu və siyah qəhvə:
Birbaşa hindistan qozunun özündən alınan su və siyah qəhvə maddələr mübadiləsini sürətləndirir və yağların əriməsini sürətləndirir. Səhər oyandıqdan yarımsaat sonra və ya səhər yeməyi, idman məşqlərinizdən sonra qəbul edə bilərsiniz.