Sosial, ZZ-Manşet

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

imtahan-foto-1Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 25-də ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

GSR.fm-in  APA-ya istinadən verdiyi xəbərə görə, bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı “Magistr” jurnalında dərc olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.