İqtisadiyyat, ZZ-Manşet

Malayziya Hava Yolları 6 min nəfəri işdən çıxaracaq

teyyareMalayziya Hava Yolları, işçilərinin təxminən  25%-i ilə  yollarını ayırmağa hazırlaşır.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, il ərzində yaşadığı 2 böyük qəzanın ardından yenidən təşkilatlanmaya gedən hava yolları şirkəti, 20 min işçisinin təxminən 5-6 minini işdən çıxardacağını və bəzi uçuşlarını ləğv edəcəyini açıqlayıb.

Şirkətin 28 Avqustda yayımlanacaq ikinci rüb balansında birinci rüb ilə müqayisədə daha böyük zərər qeyd olunacağı  gözlənilir.

Malayziya Hava Yollarına aid bir təyyarə Martda Hind Okeanında itib. Şirkətə aid bir başqa təyyarə isə 17 İyulda Ukrayna sərhədində qəzaya uğrayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.