İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

Manatın məzənnəsi artıb

pul-manat

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə  müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,25% ucuzlaşaraq 0,5158 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9419 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6747 manat təşkil edib.

Öncəki xəbərNövbəti xəbər

12 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.