İdman, Müsahibə, ZZ-Manşet

“Manchester City” çox pis formadadır”

doktor ziyaManchester derbisi baş tutacaq. İngiltərə primier liqasının növbəti turunda “Manchester United” və “Manchester City” klubları qarşılaşacaq.

Primier liqanın 32 – turu çərçivəsində “Qırmızı şeytanlar” öz meydanlarında “Şəhərliləri” qəbul edəcəklər.

 Oyunla bağlı fikirlərini GSR.fm-lə futbol şərhçisi Doktor Ziya bölüşüb:

“Çelsi elə durumdadır çətin ki, çempionluğu əldən verər. 2 – ci yer uğrunda mübarizədə bu derbinin əhəmiyyəti çox böyükdür. Hazırda “Manchester City” çox pis formadadır. “Crystal palace” komandasına 1: 2 hesabı ilə məğlub olması bunun bariz nümunəsidir.

Güman ki, komandanı yay fasiləsində böyük bir dəyişiklik gözləyir. United isə Vaan Gaalın səyləri nəticəsində deyəsən lazım olan yolu seçir, düzgün inkşaf edir. Sözün  açığı bu derbinin qalibi kim olacaq prizmasından yanaşsaq, nəsə demək çətindir. Komandalar arasındakı xal fərqi bir xaldır. Arsenal bunları ötüb. Bunlar 3 – cü , 4 – cü yerdədirlər  və kim-kimi qabaqlayacaq mübarizəsi olacaq. Çünki eyni şəhərin komandaları öz aralarındakı oyuna xüsusi olaraq hazırlaşırlar. Ola bilsin ki, City toparlansın və qalib gəlsin. Bazar günü bizi çətin oyun gözləyir”.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.