Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
GSR.fm-in məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.
Azərbaycanı təmsil edən Mariya Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. O, Tosakaya 2:3 hesabı ilə məğlub olaraq Olimpiya oyunlarının gümüş medalını qazanıb.