Cəmiyyət

“Masazırdan gəldiyimiz palçığımızdan bilinir”

Masazır qəsəbəsinin sakinləri “Masazır-Memar Əcəmi metrostansiyası” istiqamətində işləyən 169 saylı sərnişin avtobuslarının, uzun intervalla işləməsindən və yollarının  vəziyyətindən narazıdırlar.

DSCF0006

Adı çəkilən marşurut  xətti üzrə işləyən avtobusların sayının az olduğunu iddia edən sərnişinlər bunun onlar üçün yaratdığı çətinliklərdən danışırlar. Deyirlər ki, narazılıqlarını aidiyyatı orqanlara bildirdirsələr də heç bir nəticə yoxdur.

Sərnişin:

Yarımsaat 40 dəqiqə intervalla işləyir, bəzən 3-4  marşrutu buraxmış oluruq. 7-də də çıxırıq yenə minmək mümkün deyil. Nəqliyyat Nazirliyinə zəng eləmişik, qaynar xəttə zəng eləmişik, 169-un  operatoru ilə danışmışıq, amma heçbir faydası yoxdur. Deyirlər araşdırılacaq. Marşrut xətti yolun yarısı asfaltdır axıra qədərini deyə bilmərəm. Burda  elə harda gəldi orda da saxlanılır. Heçbir dayanacaq filan yoxdur.

Sərnişin:

Nə uşaq məktəbə gedə bilir, nə qoca gedir nə cavan gedir. Baxımsızlıqdır. Camaat çəkməylə gedir. Şəhərə gedəndə hamı birinici ayağa baxır  bilirlər ki, bunlar Masazırdan gəlir. Bir balaca asfalt var idi, onu da su idarəsi gəldi qazdı  tökdü üstünə 15sm asfalt çəkdilər. Eni 15sm, hündürlüyü yox. Dedilər biz buranı qazmışıq bura da cavabdehik. Gəlsinlər baxsınlar gündə gedirlər o yolları çəkməyə. Bir bura da baxım olsun. Belə də yol olar?!

masazır-yol2

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sözü gedən yolun bərbad vəziyyətdə olmasının onlarla heç bir əlaqəsi olmadığını deyir.

Anar Cəbrayıllı:

Biz qazmışıq, su xəttini çəkmişik və sonra da üstünü basdırıb asfaltını vurmuşuq. Yəni o küçələr əvvəldən pis gündə harda ki  asfalt olmuyubsa biz ona asfalt vura bilmərik axı. Yəni o bizim smetamızda nəzərdə tutulmayıb. Biz qazdığımız yerə ancaq asfalt vururuq. Küçənin asfaltlanmasına yerli qurumlar baxır: bələdiyyələr, icra nümayəndələri. Əgər asfalt pis vurulubsa “Azəryol Servis” var, yerli icra nümayəndələri var onlar gətirib təzədən vumalıdırlar.

masazır-yol1

169 saylı avtobusun adının çəkilməsini istəməyən sürücüsü sərnişinlərin narazılıqlarından xəbərdar olduqlarını bildirir. Sürücü deyir ki, mövcud problemlərin yaranmasının əsas səbəbi qəsəbə içərisində dayanacaqların olmaması və sərnişinlərin hər addım başı avtobusu saxlatmalarıdır. Sürücü həm də avtobusun hərəkət etdiyi yolun yaxşı vəziyyətdə olmamasından  narazıdır.

Sürücü:

13 maşındır. Hərənin öz vaxtı var. Vaxtla çıxırıq. Qrafika intervalımız 8 dəqiqədir. Hər maşının arasında 7 dəqiqə, səhərlər 6 dəqiqə olur. Maşınlarda  problem var. Bir də qazancazdır. Burada yağışda işləmək olmur. Asfalt  deyirlər çəkiləsidir. Asfalt çəkilsə lap rahat olar. Vişkadan aşağı dərədi. Yol demək olmaz ona, maşını da sındırır.

masazır-yol3

169 saylı avtobusun sahibkarlarından biri olduğunu deyən Fətullah İsmayılov avtobusun vaxtı vaxtında işləməməsinin səbəbini yolların yaxşı vəziyyətdə olmaması və sürücülərin belə yollarda sürət yığa bilməmələri ilə əlaqələndirir.O deyir ki, tıxaclar da avtobusların gecikməsinə gətirib çıxarır.

Fətullah İsmayılov:

Bizim yollarımız da it günündədir və əlavə də tıxaclar imkan vermir ki, maşın vaxtı vaxtında gəlib çatsın. Səhər-axşam biz tıxac içindəyik. Yəni çatdıra bilmirik. Şoferləri qınamaq olmur. Sürət yığa bilmirlər, vaxtı vaxtında çatdıra bilmirlər.

Yolların avtobusları pis vəziyyətə saldığını deyən Fətullah İsmayılov avtobusların təmiri üçün lazımi vəsaitlərinin olmadığını bildirir.

Fətullah İsmayılov:

Təmir eləmək üçün gücümüz çatmır. 20 qəpik endirəndən sonra biz maşınlara baxa bilmirik. 30 qəpiklə maşınlara baxırdıq vaxtında da 30 qəpiklə işləyirdik. İndi Tarif Şurası endirdi 20 qəpiyə çatdıra bilmirik. Yol düzələndən sonra niyə dəyişmək fikrimiz yoxdur ki? O yol düzələ təmir oluna  dəyişərik. Amma bugün mümkün deyil təzə maşın qoydun 1 ildən sonar yenə eyni vəziyyətə düşəcək. Yəni mən maddi cəhətdən o qədər yüksək deyiləm  ki, gedəm o boyda maşına pul verəm gətirəm.

 Hüquqşünas Vamiq Şükürov Masazır qəsəbəsinin yollarının yaxşı vəziyyətdə olmamasından xəbərdar olduğunu, həmçinin yaşayış sahələrinin də plansız salındığını deyir. 0,eyni zamanda təkcə yolların yaxşı vəziyyətdə olmamasına görə deyil, plansız işə görə də nəqliyyatda problemlər yarandığını bildirir.

Hüquqşünasın fikrincə, avtobuslarla bağlı əhalinin tez-tezproblemlə üzləşməsinə  səbəb nəqliyyat sektorunda azad rəqabətin olmamasıdır. Bunun nəticəsidir ki,  əhaliyə keyfiyyətli xidmət göstərilmir.

Vamiq Şükürov:

Nəqliyyat struktrunun inkişafı, bunun daim nəzarətdə saxlanılmasıo cümlədən də əhalinin tələblərinə uyğun olaraq keyfiyyətli  nəqliyyat xidmətlərinin  göstərilməsi Nəqliyyat Nazirliyinin səlahiyyətindədir.Nəqliyyat birliyi heç olmasa ildə iki dəfə üç dəfə bu məsələni nəzərdən keçirməli,regionların o cümlədən Bakı şəhərinin əhalisinin nəqliyyat tələbatlarını öyrənməlidir.Amma təəssüflər olsun ki, indiyə qədər monitorinqlər az aparılır. Adətən əhali şikayət edərkən bu məsələni ciddi qabardarkən fikir verilir məsələyə.

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.