Sosial, ZZ-Manşet

Məktəblilərin Sağlamlıq Forumu keçirilib

gtm1Gənclər üçün Təhsil Mərkəzi “Məktəblilərin Sağlamlıq Forumları” adlı layihənin icrasına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində ilk forum Nərimanov rayonunda keçirilib.

Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə, yüzlərlə məktəblinin iştirak etdiyi Forumun keçirilməsində əsas məqsəd məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etməkdir.
Forumun giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Azərbaycanda digər vacib sahələrdə olduğu kimi əhalinin sağlamlığının qorunması istiqamətində də həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları birgə səy göstərirlər. Onlar tərəfindən hər il yüzlərlə maarifləndirmə kampaniyaları, aksiyalar və digər tədbirlər həyata keçirilir. O, məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işləri xüsusi qeyd edərək, gənclər təşkilatlarının da bu işdə öz töhfələrini əsirgəmədiyini və ciddi səylər göstərdiyini vurğuladı. Bildirildi ki, sözügedən forumlarla yanaşı, məktəblilər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər, maarifləndirici kampaniyalar və s. təşkil olunacaq.

gtm
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Həsən Səmədov çıxış edərək, həyata keçirilən Forumun ictimai əhəmiyyətini qeyd etmiş, məktəblilərin fiziki, mənəvi, intellektual inkişafı istiqamətində qeyri-hökumət təşkilatlarının təşəbbüslərini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da gənc nəslin sağlam inkişafı istiqamətində dövlət və qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri təşəbbüsləri yüksək qiymətləndirərək, birgə əməkdaşlığın vacibliyini bildirmişdir. O, təşkil edilən Forumu nümunə göstərərək, gələcəkdə də belə layihələrin dəstəklənməsinin vacibliyini vurğulamışdır.
Forumun rəsmi açılışı bitdikdən sonra, ekspertlərin məruzələri, məktəblilərin çıxışları dinlənilmişdir. Tədbir interaktiv yollarla keçirilmiş, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Forum çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəblilərin tibbi müayinələri təşkil olunmuş, məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanıb.
Qeyd edək ki, forumlar Bakı şəhərinin 7 rayonunda həyata keçiriləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.