Magazine

Mən nə qədər qoca olsam da…

Həyat daim öz dinamik axarı ilə davam edir. İnsanlar çalışır, əylənir və həyatdan zövq alırlar. Lakin, təəssüf ki, cəmiyyətimizdə insanlar təxminən 40-50 yaşından sonra müxtəlif komplekslər yaşayırlar. “Yaşım o yaş deyil”, “Bizdən keçib artıq” deyib, özlərini həyatdakı bir çox yeniliklərdən məhrum edirlər.

SSRN Elektron jurnalında 2012-ci ildə dərc olunan, “Təqaüdə çıxmağın sosial fəaliyyətlərə, dostlar və ailə ilə münasibətlərə təsiri” mövzusunda aparılan elmi araşdırma göstərir ki, Avropada təqaüdə çıxan insanlar övladları, valideynləri və ya dostları ilə daha sıx əlaqə qurmurlar. Mövcud münasibətləri saxlayır və ya azca dəyişiklik edirlər. Təqaüdçülər əsasən müxtəlif layihələrdə könüllü olaraq daha çox vaxt sərf etməyə başlayır və müxtəlif təşkilatlara üzv olurlar. Hətta, onlar müxtəlif layihələrin ideya müəllifinə çevrilir və icraçısı olular. Təqaüd dövründə dünyaca məşhurlaşan və böyük uğurlara imza atan insanlar da az deyil.

GSR.fm azxeber.com-a istinadən onlardan bir neçəsinin təcrübəsini oxucularımızla bölüşürük:

 

Uanq Deşn (Wang Deshun)


Uanq Deşn model kimi ilk dəfə 2015-ci ildə 80 yaşında podyuma çıxıb. Bu uğurunun səbəbi isə Deşnın sağlam fiziki görünüşü, hipster saqqalı və cəlbedici üz ifadəsi ilə gənclərdən heç də geri qalmamasıdır. Uanq Deşn 50 yaşında zehni və fiziki durğunluqdan qaçmaq üçün ciddi və mütəmadi idmanla məşğul olmağa başlayır və daha sonra özünü model kimi sınamaq qərarına gəlir. O, müsahibələrinin birində bildirib ki, yaş həyatdan vaz keçmək üçün səbəb olmamalıdır.

 

Ualli Blum (Wally Blume)


Ualli Blum uzun ilər boyu süd məhsullarının satışı ilə məşğul olub. O, yalnız, 57 yaşında həyatının ən böyük uğuruna imza atıb. Belə ki, 1995-ci ildə öz dondurma şirkəti “Denali Fleyvərs”i (Denali Flavors) qurub. Hazırladığı dondurmalar dadı ilə müştərilərin rəğbətini qazanmağa başlayıb və Blumun yaratdığı bu şirkət 2009-cu ildə ona 80 milyon dollar gəlir gətirib.

 

Stən Li (Stan Lee)


39 yaşında ilk komiksi – “Fantastik dördlük” komiksini yaradan Stən Li bir neçə il sonra dünyaca məşhur olacaq, əfsanəvi “Marvel” studiyasının əsasını qoyur. Onun yaratdığı Spider Man və X-Man kimi super qəhrəmanlar Amerika Birləşmiş Ştatlarının mədəniyyət ikonasına çevrilməyi bacarıb. “Marvel” studiyasının ən son filmi “Avengers: Infinity War” dünya miqyasında 2 milyard ABŞ dollardan çox gəlir gətirib.

 

Nelson Mandela (Nelson Mandela)


Nelson Mandela Cənubi Afrika Respublikasında demokratiyanı bərqərar etmək və ayrıseçkiliyin qarşısını almaq üçün uzun illər boyu mübarizə aparıb. Müxtəlif çətinliklər və həbs həyatı ilə üzləşən Mandela 72 yaşında həbsdən azad edilib. Dörd il ərzində Cənubi Afrika Respublikasının prezidenti seçilən lider, 1993-cü ildə “Nobel Sülh Mükafatı”na layiq görülüb.

 

Ferents Szyüni (Ferenc Szőnyi)


“Peşəkar idmanla müəyyən yaşa qədər məğşul olmaq lazımdır” ifadəsi də ən çox yayılan miflərdəndir və dəfələrlə bu fikrin əksini sübut edən idmançılarla rastlaşmışıq. İdmanın və sağlam həyat tərzinin dəstəkçisi olan və Azərbaycanda gənclərlə yanaşı, orta yaşlı insanların da rəğbətini qazanmış “HELL ENERGY”nin özünəməxsus yarış komandası da var. 54 yaşlı macar atlet Ferents Szyüni də HELL yarış komandasının üzvüdür. O, 2017-ci ilin iyun ayında, Himalayda təşkil olunan “HELL Race”də 480 km yol qət edərək qalib olub. Hətta 2018-ci ildə keçirilən yarışda da iştirak edən Ferents, bu dəfə də yarışı 5 saat daha tez başa vuraraq, qalib gəlir. Macarıstan hökuməti Ferenc Szyüni-yə “Knight of Cross” ordeni ilə təltif edib.

Öncəki xəbərNövbəti xəbər