İctimai Fikir, ZZ-Manşet

“Məni yoran həyatın rəngsiz olmasıdır”

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

İnsanlar çox vaxt yorulduqlarından şikayət edir. Onların bəzilərini gerçəkləşdirə bilmədiyi arzular, bəzilərini isə həyatda qarşılaşdığı problemlər yorur. Görəsən, məşhurları necə, həyatda ən çox yoran nədir? GSR.fm olaraq bu sualla onlara müraciət etdik.

Naibə Allahverdiyeva: Məni yoran həyatın bu gün bu cür olmasıdır, yəni rəngsiz olmasıdır.Həyat çox rəngsiz olub. Yəni biz insanlar öz rənglərimizi itirmişik.

Cavan Zeynallı: Məni çox yoran Bakıda tıxacın olmasıdır.

Firəngiz Mütəllibova: İşsiz olanda yoruluram, boş qalanda.

Mübariz Tağıyev: Həyatda çox məsələlər var ki, məni yorur. Mən gözləməyi sevmirəm. Bir işi başlayanda istəyirəm ki, dəqiqliklə yerinə yetirim, amma çox gözləmək məni yorur.

Ruhəngiz Allahverdiyeva: Məni çox yoran yalan və vəfasızlıqdır.

Nicat Kazımov: İnsanların nəyisə başa düşməməsidir. Yersiz suallar adamı yorur. Yersiz izahata ehtiyac olanda çox yoruluram. Nəyisə izah eləmək lazım olmayanda onu izah etməyə məcbur edəndə yoruluram. Vaxtsızlıq yorur adamı.

Ülviyyə Könül: İnsanların ikiüzlülüyü.

Rəşad İlyasov: Bütün mənfiliklər məni yorur , incidir bir sənət adamı kimi. Həyatda, ümumiyyətlə, ictimaiyyətdə olan bütün əksikliklər məni yorur.

Öncəki xəbərNövbəti xəbər