İqtisadiyyat, ZZ-Manşet

Mərkəzi Bank Korporativ Strateji Planını hazırlayır

milli-bank-570x350Mərkəzi Bankda növbəti strateji dövr üzrə Korporativ Strateji Planının hazırlanması prosesinə başlanılıb.

Mərkəzi Bank korporativ strateji idarəetmə sistemini 2001-ci ildən etibarən tətbiq edir. Mərkəzi Bankın uzunmüddətli strateji idarəetmə praktikasının davamını təşkil edən yeni strateji plan sayca 5-cidir. Yeni korporativ strateji plan strateji təhlil və planlaşdırma metodologiyası əsasında hazırlanır.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, yeni strateji planlaşdırma prosesinin ilkin mərhələsini Mərkəzi Bankın bütün funksiyaları və biznes proseslərini əhatə edən strateji təhlil mərhələsi təşkil edir. Strateji təhlil prosesində Mərkəzi Bankın rəhbərliyi, bütün struktur bölmələri, menecment heyəti və aparıcı əməkdaşları birbaşa iştirak edirlər. Təhlil beynəlxalq təcrübəyə əsaslanan metodologiya əsasında aparılır və Mərkəzi Bankın missiyası, funksiyaları, biznes prosesləri, pul siyasəti və bank quruculuğu, iqtisadi siyasət və korporativ idarəetmə üzrə işin cari vəziyyəti, yeni strateji dövr üzrə strateji baxışı, daxli və xarici mühitin və çağırışların təhlilini, və yen dövr üzrə strateji baxışa nail olmaq üçün icrası tələb olunan strateji təşəbbüslərin müəyyənləşdirilməsini əhatə edir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.