Magazine, Xəbərlər, ZZ-Manşet

Məşhur futbolçu ölüm ayağındadır

wyruyiu_474656

Məşhur xorvatiyalı futbolçu İvan Klasniç ölüm-qalıb mübarizəsi aparır.

GSR.fm-in Milli.Az-a istinadən verdiyi məlumata görə, keçmiş hücumçu böyrək çatışmazlığından əziyyət çəkir.

Daha əvvəl iki dəfə – 2006 və 2007-ci illərdə ata və anasının böyrəyi köçürülən futbolçunun vücudu bu nəqli dəstəkləməmişdi. Hazırda Almaniyada, Hamburq şəhərində xəstəxanaların birində həftədə 3 dəfə dializə gedən Klasniç uyğun orqan tapılana qədər bu şəkildə həyatına davam edəcək.

Növbəyə yazılmış oyunçunun əgər xüsusi bir istək olmasa, ən yaxşı halda 7 il sonra istəyinə çata biləcəyi bildirilib.

Qeyd edək ki, 2013-cü ildə “Maynz”da karyerasını başa vuran Klasniçin əsas məşhurluğu “Verder Bremen”də olub. O, ümumilikdə 450 oyuna çıxıb, 150 qol vurub və 63 dəfə də məhsuldar ötürmə verib.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.