İctimai Fikir, ZZ-Manşet

Məşhurları özlərindən çıxaran səbəblər

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

Bəzən işlərin çoxluğu insanı ətrafa qarşı əsəbi edir. Təsəvvür edin. İşiniz başınızdan aşdığı zaman kiminsə soruşduğu bir sözə görə özünüzdən çıxırsınız. Görəsən, məşhurları necə, nə əsəbləşdirib özündən çıxardır?

Aybəniz Haşımova: Yersiz hərəkətlər və yersiz danışıqlar, ümumiyyətlə, vəziyyətin gedişində düzgün olmayan nə varsa, hər bir ağlı üstündə olan adamı hövsələdən çıxarda bilər.

Azər Axşam: İnsanlarda xoşlamadığım cəhət məsuliyyətsizlikdir. Sevmədiyim bir işdir. Bir insan bir şeyə söz verib etməyəndə, ya filan saatda görüşək deyib gəlməyəndə mənim əsəblərimə təsir edir.

İlkin Həsəni: Məni özümdən çıxaran odur ki, haqsız yerə danışanlar, haqsız yerə fikir bildirən insan. Biri var ki, insanla üzbəüz söhbət eliyirsən və o, hər hansısa bir fikri bildirəndə sən öz fikrinlə onun fikrinin yanlış olduğunu sübut eliyə bilərsən. Amma bir də var ki, sadəcə olaraq girim, facebookda və yaxud da hardasa, nəsə yazım, təki mən də nəsə maraqlı bir şey yazım xatirinə. Son vaxtlar çoxalan belə tip insanlar var. Hansı ki biz onlarla mübarizə aparırıq, gənclərimizə, dostlarımıza deyirik ki, bu bu belə olmamalıdır, belə deyil. Belə insanlar məni özümdən çıxarır.

Leyla Ramazanlı: İnsanların yalanı, insanların qeyri-səmimi olmağı. Ən çox məni özümdən çıxardan ikiüzlülük və yalandır.

Manaf Ağayev: Yersiz söz, yersiz əsəbi sözlər, yəni yaraşmayan sözlər.

Roza Zərgərli: İnsanların dürüst olmaması, yalançılığı və ikiüzlülüyü məni özümdən tez çıxara bilər.

Vaqif Şıxəliyev: Haqsızlıq birinci növbədə, sonra bəzi insanların davranış qaydaları, məsəl üçün, toyda, şənlikdə və ya konsertdə.

Xatirə İslam: Heç nə çıxarda bilməz məni özümdən. Mən özümü ələ ala bilirəm.

Öncəki xəbərNövbəti xəbər