Foto, Sosial, ZZ-Manşet

Metroda Azərbaycan kinosu haqqında sərgi keçirilib - Reportaj


metro_qaleri92pgİyulun 15-də saat 11:00-da Bakı Metropoliteninin “Gənclik” stansiyasında növbəti sərginin açılışı olub. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub.

“Metro Gallery” adlanan bu  layihə haqqında  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  GSR.fm-ə müsahibə verib. Onun sözlərinə görə sərgi ən az altı ay müddətində davam edəcək:

“Sərgimizin adı “Azərbaycan kinosu” adlanır. Bu dəfə avqustun ikisi “Azərbaycan kinosu” günü ilə əlaqədar olaraq sərgi təşkil etmişik. Burada Azərbaycan kinosundan foto kadrlar nümayiş etdiririk. Cəmi 92 əsər nümayiş etdirilir. Bunlardan 57-si sırf filmlərdəndir. Digərləri isə kadr arxası, çəkiliş prosesindən olan fotolardır”.

Nəsimi bəy  əlavə edir ki, sərgi izləyicilər  tərəfindən xoş qarşılanıb:

 “Dünən biz sərgi barədə xəbəri paylaşanda sadə vətəndaşlarla yanaşı incəsənət adamlarından da müsbət reaksiyalar aldıq. Burada əsərləri nümayiş olunan məhşur rejissorlar, operatorlar  iştirak edir. Onlar da belə layihələrin tez-tez təşkil olunmasını dəstəkləyirlər. Hətta burada bizim bir operatorumuz var, qeyd edir ki, “Təhminə və Zaur” filminin çəkilişini  “Gənclik” stansiyasının məhz  bu keçidində edib. Təbii ki, həmin əsərdən fotoların nümayiş olunması onun üçün daha xoşdur”.

[maxgallery id=”115185″]

Hazırladı:Kəmalə Rövşən

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.