Texnologiya, ZZ-Manşet

“Microsoft” “ağıllı saat” istehsal edə bilər

microsoft-570x360“Forbes” jurnalı yazıb ki, ABŞ-ın “Microsoft” korporasiyası bu yay “ağıllı” saat nümayiş etdirərək daşınan elektronika bazarına çıxmağa hazırlaşır. Smart saatın özəlliyi sahibinin nəbzinin tezliyinin gecə-gündüz ölçülməsi funksiyasıdır.

GSR.fm – in ICTnews-a istinadən verdiyi xəbərə görə  “Microsoft” korporasiyası üçün ürək döyüntüsünün ölçülməsi texnologiyasının “Kinect” kontaktsız sensor oyun kontrollerini hazırlayıb. “Mütəxəssislərin “ağıllı” saat üçün hazırladıqları proqram platforması müxtəlif ötürücülərin məlumatlarını təhlil edərək istifadəçinin ürək döyüntüsü və ümumi fiziki forması haqqında dəqiq informasiya təqdim edəcək.
“Microsoft”un qurğusu tam rəngli sensor ekranla təchiz ediləcək.

“Forbes” jurnalı yazır ki, “ağıllı” saat yalnız “Windows Phone” mobil əməliyyat sistemi ilə deyil, həmçinin “Apple” və “Google” şirkətlərinin “iOS” və “Android” platformaları ilə işləyən smartfonlarla sinxronlaşır. “Ağıllı saat” akkumulyatorunun şarjı iki gün üçün kifayət edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.