GSR fm, Reportaj

““Milli Net” müsabiqəsində yeni nominasiyalar yaradılıb”

Dekabrın 17-də Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatının növbəti müsabiqəsinin yekun nəticələri açıqlanıb.

“Milli İnternet Mükafatı” 2009-cu ildə Azərbaycan İnternet Forumu tərəfindən  təsis olunub. Hər il müxtəlif nominasiyalar üzrə, fərqli sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet layihələri arasında müsabiqə keçirilir. Qalibləri Azərbaycan İnternet Forumunun formalaşdırdığı Münsiflər Heyəti  müəyyən edir. Qaydalara uyğun olaraq, münsiflərə aid olan saytların müsabiqədə iştirakına yol verilmir.

Milli İnternet Mükafatının, yəni “Milli Net”in təsis edilməsində əsas məqsəd, Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı internet layihələrini və bu layihələrin yaradıcılarını tanıtmaqdır. Həmçinin, Azərbaycan dilinin İnternetdə tətbiqinin genişlənməsini təmin etmək də əsas məqsədlərindən biridir.

hazir-7 (1)Layihənin təşkilatçısı Osman Gündüz 2015-ci ildə “Milli Net” müsabiqəsində edilən dəyişikliklər haqqında GSR.fm-ə məlumat verib:

“Bu il mobil tətbiqlər adlı yeni bir nominasiya irəli sürüldü. Biz bu sahənin inkişafında maraqlıyıq. Daha sonra, Qarabağla bağlı nominasiyalar bu il yeni oldu. Yəni, biz həm yeni nominasiyalar yaradırıq, həm də keyfiyyəti ön plana çəkməyə çalışırıq. Bu il əvvəlki illərlə müqayisədə, daha çox sayt müsabiqəyə qatılıb. Ümid edirik ki, gələn il bundan daha da çox sayt olacaq.

Həmçinin, dövlət və bələdiyyə qurumları nominasiyaları bizdə birlikdə gedir, artıq bələdiyyə saytları çoxaldığına, dövlət qurumlarının saytları ilə rəqabətə tab gətirmədiyinə görə, bu nominasiyanı ayıra bilərik. Dövlət qurumları bir yerdə, bələdiyyələr də bir yerdə olacaq. Mən düşünürəm ki, Milli İnternet Mükafatı Azərbaycan İnternetinin inkişafına xeyli kömək göstərəcək”.

Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Onlardan yalnız 299 sayt səsvermədə iştirak edib.

foto2

Mükafatlandırılanlar siyahısında Vergilər Nazirliyinin saytı  “Ən yaxşı sosial şəbəkə səhifəsi” və “Elektron hökumət” nominasiyaları üzrə 1-ci və 2-ci yerlərə  layiq görülüb. Saytın təmsilçisi kimi tədbirdə iştirak edən Günel Bəhramqızı öz fikirlərini GSR.fm-ə bildirib:

Əslində “Milli Net” mükafatının keçirilməsi, Azərbaycan kimi gənc və İnternetin indi-indi inkişaf etdiyi bir ölkə üçün çox vacib və əhəmiyyətli hadisədir. Mən arzu edirəm ki, bu müsabiqəyə  təşkilat komitəsi tərəfindən yox, əksinə istifadəçilər və İnternetdən istifadə edənlər, yəni sayt rəhbərləri tərəfindən  daha ciddi yanaşılsın. Mükafat aldığımıza görə, bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu mükafatı almaq bizim üçün qəti şəkildə arxayınlıq deyildir. Əksinə, bizim üçün daha böyük stimuldur və bizim qarşımıza daha böyük şərtlər qoyur ki, biz işimizdə daha peşəkar olaq”.

hazir-5 (1)

“Bloqlar” nominasiyası üzrə qalib olan Vaqif Abbasov tədbirdəki təəssüratlarını bizimlə bölüşüb:

Şəxsi bloqumla “Milli Net 2015” müsabiqəsində birinci yer oldum. Əslində gözləmirdim, çünki biraz tənbələm. Yazılarımı az-az yazıram. Amma çalışıram ki, orda ümumi təcrübəmi oxucularla bölüşüm. Tədbir haqqında onu deyə bilərəm ki, hər il ildən-ilə veb-saytların və mobil tətbiqlərin keyfiyyəti artır. Bu da İnternet ekosisteminin inkişafının göstəricisidir”.

hazir-6 (1)

“Mobil tətbiqlər” nominasiya üzrə ikinci yeri tutan Orxan Rzayevin də fikirilərini öyrəndik:

MobChannel layihəsi ilə qoşulmuşduq. Kontent marketinq platformasıdır. Artıq bir neçə aydır ki, fəaliyyətə başlayıb. Məqsəd təkcə Azərbaycanda yox, qonşu ölkələrdə və ümumiyyətlə qlobal bazarda, kontent marketinq bazarında yer tutmaqdır və bunun üçün çalışırıq. Müsabiqədə iştirak etmək xoş idi, mükafatçılar sırasına düşmək daha da xoş oldu. Ümid edirəm ki, müsabiqəyə maraq ildən-ilə artacaq”.

Qeyd edək ki, Tədbirdə qalib gələn nominantlara “Milli Net” -in tuncdan hazırlanan xüsusi mükafatı, diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

hazir-03

 


Hazırladı: Nərgiz Pənahlı

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.