Regionlar Danışır

Mingəçevir- Nur şəhəri

Mingəçevir- Nur şəhəri.

Mingəçevir — Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəri. Bəs görəsən Nur şəhərinin adının toponimi nə ilə bağlıdır?

“Mingəçevir” adının necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur.

e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə “Manqaça vur” sözləri ilə əmr etmişdir.

Digər ehtimala görə, “Mingəçevir” toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmuşdur. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur. Və bundan sonra ehtimal olunur ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır.

Mərhum akademik Ziya Bünyadovun fikrincə isə “Mingəçevir” adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlıdır.

Digər bir ehtimala görə, Nur şəhərinin adı “Min.gəl.çevril.” sözlərindən ibarətdir. Bu ifadənin açılışı isə – Qayığa min gəl, amma burada yaşama, çevril get- deməkdir. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu idi. Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. Bu səbəbdən xalq içərisində belə bir deyim formalaşmışdı.

Öncəki xəbərNövbəti xəbər