Sosial, Xəbərdar, ZZ-Manşet

Mobil telefonların işığı altında ürək əməliyyatı

emeliyatQırğızıstandakı xəstəxanalardan birinin cərrahları elektrik enerjisinin verilişi kəsildiyinə görə mobil telefonların işığı altında ürək əməliyyatı aparıblar.

GSR.fm-in Trend-ə istinadən verdiyi məlumata görə, əməliyyatı aparmış cərrah Kaldarbek Abdramanov “Facebook” səhifəsində açıq ürək əməliyyatının videosunu yerləşdirib.

Çətin şəraitdə aparılan əməliyyat zamanı fənərlərdən da istifadə olunub.

Daha əvvəl Qırğızıstan hökuməti məlumat vermişdi ki, respublikanın energetika sistemi az sululuq səbəbindən böhranqabağı vəziyyətdədir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.