Reportaj, ZZ-Manşet

Monumental rəssamlıqda rənglərin hormoniyası - Reportaj

Monumental rəngkarlıq nümunəsi adətən irihəcimli və açıq havada saxlanıla bilən əsərlər hesab edilir. Burada texnika cəhətdən divarüstü boyakarlıq və freska sənəti xüsusilə fərqlənir.

Azərbaycanda da bu sənəti özünə peşə seçənlər az deyil. Bu üsluba əsasən gənc rəssamlar üstünlük verir.

GSR.fm xəbər verir ki, rəssam, illustrator Azər Məmmədli də monumental rəngkarlığı təmsil edir. O, rəssamlıqda daha çox divar rəsmləri çəkməyə üstünlük verdiyini bildirir:

“Uşaqlıqdan rəssamlıqla maraqlanıram və divarda rəsm çəkmək mənim üçün ilk vaxtlardan təcrübə oldu. Rəssamlıq sahəsindəqrafit və divar rəsmləri üzrə peşəkar şəkildə məşğul oluram. İlk dəfə qaldığım evin həyətindəkidivarda rəsm çəkməyə başladım. İlk rəsm çəkdiyim zamanlar sprey ilə davranmağı öyrənməyəvə bu rəsmlərdə rənglərin bir-biri ilə hormoniyasını tutmağa  çalışdım”.

Azər rəssamlığa olan həvəsi uşaqlıqdan yarandığını, hələ o vaxtı özünü inkişaf etdirmək üçün  müxtəlif rəsm dərnəklərində iştirak etdiyini də deyir:

“Ümumiyyətlə rəssamlıqla bağlı təhsil almamışam, ancaq  1-ci sinfdə rəssamlıq üzrə müxtəlif dərnəklər keçirilirdi və onlara maraq göstərirdim. Daha çox özüm araşdırmağa üstünlük verirəm, çünki belə olduqda yeni məlumatlar öyrənirəm. Öz inkişafım üçün bu sahəni bilən rəssamlarla əlaqə saxlamağa və onların əsərlərini izləməyə çalışıram”.

Rəsm çəkən zaman əvvəllcədən hansı hazırlıqların görülməsindən danışan rəssam qeyd edir ki, fırçalar və rənglər divarın ölçüsündən və kefiyyətindən asılıdır. Daha iri divarlarda daha böyük fırçalardan və spreylərdən istifadə olunur. Həcmi daha kiçik divarlarda isə balaca fırçalardan və spreylər üçün olan xırda  başlıqlardan istifadə edilir:

“Əvvəlcədən rəsm çəkəcəyimiz divarı görmək lazımdır, çünki divarda materialıın necə yerləşməyindən çox şey asılıdır. Ola bilər ki, o divarın öz arxitekturasından istifadə edib maraqlı rəsmlər yarada bilərik. Daha sonra eskiz hazırlanır. Eskizdə istədiyimiz fotonu çəkib çap etdirməliyik. Burada foto üzərində işləməli və ya dijital formatda uyğun rənglər seçilməlidir. Bəzən eskizlər müxtəlif variantlarda  hazırlanır ki,seçim üçün imkanlar çox olsun.  Eskizdən sonra rənglər və ölçülər seçilir. Bütün materiallar tapıldıqdan sonra rəsm çəkməyə başlanılır”.

Daha çox müxtəlif binaların, qalaların divarlarında şəkillər çəkmək üçün dəvət edildiyini deyən müsahibimiz bəzən müştəri ilə zövqləri uyğun gəlmədiyindən həmin işdən imtina etdiyini də əlavə edir.

Binaların divarında rəsm çəkmək üçün əvvəlcədən icazə aldığını deyən gənc rəssam əsərlərində daha çox istifadə etdiyi rənglər və detallardan danışır:

“Əsərlərimdə daha çox personajların daxili, onların keçirdiyi hissləri ifadə etmək daha maraqlı gəlir. Daha çox pastel rənglər yəni, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızıvə solğun rənglərdən istifadə etməyi xoşlayıram. Çəkilən rəsmdə detallar nə qədər çox olsa,bir o qədər çox vaxt sərf etmək lazım gəlir. Ümumilikdə götürsək divar rəsmlərini minimum 5-6 saatda işləyib bitirirəm”.

Üzərində işlədiyi yeni layihə haqqında məlumat verən illustrator hadisələri cəmiyyətə çatdırmaq üçün bu layihənin əhəmiyyətə malik olduğunu bildirir:

“Hal-hazırda “qaqashwave” layihəsi üzərində çalışıram. Bu ad Avropada “vaporwave” mədəniyyətindən götürülən addır. Layihədəhazırladığımsketçlər insanlar arasında maraqla qarşılanmağa başlandı. Mən öz personajlarımı köynəklərə çəkərək satışa çıxartdım və bu köynəklər demək olar ki, çıxarılan kimi satıldı. Hazırda bu layihənin üzərində işlərimizi davam etdiririk”.

Qeyd edək ki, monumental rəssamlıqda daha çox kütləyə yönləlmiş əsərlər yaradılır və məkanın gözəlləşməsində isifadə olunur. Monumental rəngkarlıq əsərləri bir qayda olaraq memarlıqla əlaqədər yaranır.

Hazırladı: Asiman Aslanova

 

Öncəki xəbərNövbəti xəbər