Bloq, Xəbəriniz olsun, ZZ-Manşet

Mörfi qanunları-gözlənilməzi gözləmək - Xəbəriniz Olsun

murphyyHeç olub mu kompüterinizdə çox önəmli bir yazı yazdığınız yerdə problem yaransın və 20 dəqiqə ərzində yazdığınız bu mətn yaddaşda saxlamadığınız üçün itsin?

Bəzən gözlənilməz təsadüflər nəticəsində baş verən xoşagəlməz hadisələr stressə səbəb ola bilir. Əgər siz belə hallarda hisslərinizi idarə edə bilmirsizsə, yaxşı xəbərimiz var: bütün bu xoşagəlməz hadisələri açıqlayan nəzəriyyə mövcuddur. Bu, Mörfi qanunlarıdır.

Sadə dildə desək Mörfi qanunları bu qaydaya əsaslanır ki, nə isə pis bir şeyin baş vermə ehtimalı varsa, baş verəcək. Lakin, bu sadə nəzəriyyə zamanla genişlənib və yeni müddəlar əlavə olunub.

Məsələn:

Nə isə yanlışlıq olmalıdırsa, olacaq. Həm də ən uyğunsuz vaxtda.

Kiminsə səhv etmə ehtimalı varsa, o bu səhvi edəcək.

Eyni vaxtda bir neçə hadisə baş verməlidirsə, sənin olmasını ən az istədiyin şey birinci baş verəcək.

Sənin uğursuz hesab etdiyin 4 yol varsa, uğursuzluq 5-ci yolda baş verəcək.

Qanunun tarixi

Belə düşünülür ki,  Mörfi real bir şəxs olub. O, 1940-cı ildə ABŞ  hərbi hava qüvvələrində  mühəndis vəzifəsində çalışan  Edvard Mörfi olub. Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub. Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb.

— Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir.
— İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
— Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
— İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
— Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
— Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla.
— Həll olunan hər problem yeni problemlər yaradır.
— Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.
— İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
— Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
— Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
— Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.

Mörfinin qızıl qaydası:
Qızıl kimdədirsə, qanunu da o yazır.

Telefon qanunu — Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.

Bəhanə qanunu — Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.

Riçard qanunu — Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.

Məktub qanunu — Zərfi möhürləyən andaca ağla yeni fikirlər gəlir.

Avtomobil tıxacı qanunu — Tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.

Yer qanunu — Haraya getməyinizə baxmayaraq, «Sən burda nə gəzirsən?!» deyilir.

Nəticə qanunu — Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcək.

Kan aksiomu — Əgər başqa heç nə kömək eləmirsə, nəhayət, instruksiyanı oxuyun.

Məhsul qanunu — Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.

Görünmə qanunu — Sizi tanıyanın sizi görməsi ehtimalı heç kimin sizi görməməsini istədiyiniz zaman daha da çoxalır.

İnsan bədəni qanunu — Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.

Tərcümə etdi:
Leyla Rəhimova

Öncəki xəbərNövbəti xəbər