İqtisadiyyat, ZZ-Manşet

Moskva dollara alternativ yaratmağı təklif edir

dollars_money_34Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasının başçısı Sergey Mironov BRICS ölkələrinin iqtisadiyyatı əsasında yeni beynəlxalq rezerv valyutası yaratmağı təklif edib.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, Mironov belə bir valyutanın daha dayanaqlı və daha lazımlı olacağını bildirib. Beş sürətlə inkişaf edən ölkədən ibarət olan BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.

Bundan başqa, Mironov həm də təklif edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) funksiyalarını yerinə yetirə biləcək yeni beynəlxalq kredit strukturu lazımdır. O, beynəlxalq ticarət üçün hesab sistemindən dolların keçərli olmadığı, müstəqil fəaliyyət göstərən birjalar yaratmağı da təklif edib. Alternativ kimi Mironov qızılla hesablaşmağı təklif edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.