İdman, Maraqlı, ZZ-Manşet

Mourinyodan maraqlı addım - FOTOSESSİYA

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.

GSR.fm Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının 5-ci turunda səfərdə “Uotford”a uduzduqları oyundan (1:3) sonra Mançesterə klubun avtobusu ilə deyil, qatarla qayıtmaq qərarı verib.

Mourinyonun futbolçularla məğlubiyyət və gələcək oyun haqda daha çox danışmaq imkanı qazanmaq üçün bu vasitəyə əl atdığı bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” “Uotford”la oyunda son 8 gündə 3-cü məğlubiyyətini alıb.

a1

a2

a3

a4

a5

Öncəki xəbərNövbəti xəbər