Aktual

Müalicə üsulu ya biznes üçün işbirliyi…

Dürdanə Tahirova

– Öz anamın başına gələndir. “Troksevazin” (Troxevasin) deyilən maz da var, onun tabletkaları da var. Amma anamın həkimləri isə götürüb yazırlar ona “Venaplant”ın həm dərmanını, həm də mazını. O “Venaplant”ın qiyməti 10 manat neçə qəpikdirsə , “Troxsevazin” heç 1 manat deyil. Resepti də necə yazırlar, altda yazdığı reseptin kopyası qalır firmanın blankında.

Dürdanə xanım dərmanların sayının çox, qiymətinin isə baha olmasını bu dərmanları almağa çətinlik yaradan səbəb kimi göstərir. Buna görə də o , bu problemdən çıxış yolu axtarıb.

Dürdanə Tahirova

– Aptekdə işləyənlərdən məsləhətləşdik ki, bunların tərkibi həqiqətənmi eynidir? Nəticə əldə olundu ki, həqiqətən də bunlar bir-birini əvəz edə biləcək dərmanlardır. Mən başladım “Troksevazin” almağa anama, normal həmən effekti verir.

Bir neçə ay dərman firmalarının birində təmsilçi işləyən İlahə Əliyeva həkimlərlə dərman firmaları arasındakı gizli sövdələşmə faktını qəbul edir. Lakin İlahə həkimləri sövdələşməyə razı sala bilmədiyi üçün təhqir olunub. Elə buna görə də həmin firma ilə işbirliyinə son qoyub.

İlahə Əliyeva

 – Həkimlərlə danışırdı çoxdanın  işçiləri , dərmanlarını verirdilər. Deyirdi ki, məsələn bizim bu dərmanımız var. C vitamini ola-ola deyirdilər ki, itburnu çiçəyindən hazırlanıb, allergiya vermir. Amma yalan deyirdilər. Həkimlə belə danışırdılar. Həkim həm özünün pulu üçün , elə bil ki, faiz verirdilər, hər dərmandan 10 faiz həkimə qalırdı. Həkim bu resepti yazırdı xəstələr üçün və onun müqabilində də pul alırdı, faiz alırdı.

İlahə dərman firmaları ilə həkimlərin müxtəlif  faizlərlə işlədiyini bildirir. Yəni dərman firması nə qədər böyük olursa , həkim xəstəyə nə qədər çox dərman yazırsa, faizlər də bir o qədər çox olur.

İlahə Əliyeva

Hə olur 300 manat, 400- 500 manat olur. Həkim elə olur ki, 100-dən yuxarı olur. 100 manat,  110 manat, 120 manat belə də olur . Ən aşağısı da 10 manat, 15 manat belə də olur. İndi  o baxır satdıqları resseptə görə.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Nazirliyin bu problemlə bağlı ciddi addımlar atdığını və uğurlu nəticələrin əldə olunduğunu bildirir.

Anar Qədirli

2010-cu ilin axırından “Vahid Blank sistemi”nə keçib Səhiyyə Nazirliyi ki, firma blankları artıq olmasın və o da ən effektiv tədbirlərdən biridir ki, firmaların həkimlərlə bu iş birliyini pozmaq üçün.

Keçmiş əczaçı Vəfa Abdullayeva isə deyir ki, “Vahid Blank sistemi” rayonlarda işə yaramır.

Vəfa Abdullayeva

Apteklər də uje (artıq) rayonlarda belədir ki, şəhər yerində Bakıda bilinmir, amma burda bilinir ki,  xətdən tanınır ki, filan həkimin resepti daha çox gəlir, filan həkim bu dərmanı daha çox yazır. Yəni o səbəbdən , ordan bilirlər .

Anar Qədirli dərman firmaları ilə həkimlər arasında gizli sövdələşmənin aşkarlandığı təqdirdə həkimlərin işdən uzaqlaşdırıldığını söyləyir. Dərman firmalarına isə nazirlik ciddi cəza tətbiq edə bilmir.

Anar Qədirli

Dərman firmalarına qarşı heç bir tədbir görülmür. Inzibati qaydada yoxlama ola bilər onlara . Və cəriməyə cəlb  oluna bilərlər. Ondan başqa heç nə etmək olmur. Qanunvericilik yəni imkan vermir. Bir də aptek tərəfindən qanun pozulur ki, aptek qəbul edir o blankı. Yəni aptekin də ixtiyarı yoxdu qəbul etməyə.

Hüquqşünas Ələsgər Məmmədli dərman firmaları ilə həkimlərin əlaqə saxlamasının qanuna zidd olmadığını bildirir . Bununla yanaşı, maddi məqsəd daşıyan, qeyri-qanuni gizli sövdələşmənin aşkar olunacağı halda  Səhiyyə Nazirliyinin dərman firmalarını cəzalandıra bilməyəcəyini də təsdiq edir.

Ələsgər Məmmədli

Səhiyyə Nazirliyinin hüquqi şəxsləri cəzalandırma səlahiyyəti yoxdur. Çünki Səhiyyə Nazirliyində registrasiyadan keçmir. İstənilən dərman şirkəti ola bilsin ki, lisenziya alır, Amma lisenziyaya qaydaların pozmadığı müddətcə o lisenziyaya aid olmayan məqam üçün hasısa üçüncü şəxslərə verilən zərərə görə Səhiyyə Nazirliyinin o qurumu məsuliyyətə cəlb etməsi mümkün deyil.

Anar Qədirli Nazirliyin apteklərə baxış keçirərək bu məsələ ilə bağlı onları da nəzarətdə saxladığını deyir.

Anar Qədirli 

Yoxlamalar hardasa ildə bir dəfə keçirilir. Və baxışda keçirilir. Yəni Səhiyyə Nazirliyi nəzarətdə saxlayır onların standarlara uyğun fəaliyyətini , tibbi standartlara uyğunluğunu.

Vəfa Abdullayeva isə  Səhiyyə Nazirliyindən fərqli olaraq dərman firmalarının apteklərə hər həftə baş çəkdiklərini  bildirir. Məqsədləri isə hansı həkimin daha çox resept yazdığı, hansı dərmanların daha çox təyin edilidiyi ilə bağlı apteklərdən qeydləri götürməkdir.

Vəfa Abdullayeva

Rayonlara təhkim olunur firmada işləyən işçilər.  Gərək gedələr, maraqlanalar  hər həftə  ki, görək mənim dərmanım yazılır yazılmır, aptekləri yoxlamalıdırlar ki, aptek bu malı gətirir gətirmir, satılır satılmır? Yəni bunları bilmək lazımdır .

Məsələ ilə bağlı Azərbaycan həkimlərinin fikirlərini öyrənmək istədik. Lakin  müraciət etdiyimiz həkimlərin heç biri danışmaq istəmədi. Buna görə də Türkiyə xəstəxanalarının biri ilə əlaqə saxladıq. Müsahibə verməyə razılaşan, həmin xəstəxananın psixoloqu Dimara Dilek deyir ki, bir çox ölkələrdə bu məsələyə münasibət fərqlidir. Elə yerlər var ki, firmalar məsuliyyətdən yayına bilir.

Dimara Dilek

Həkim rüşvət aldığı üçün işdən uzaqlaşdırıla bilər, amma dərman firması da xəbərdarlıq cəzası alır. Sən niyə rüşvət verib həkimi təhrik edirsən, sən də verməsəydin. Ikisi də günahkardır. Ona görə də ikisi də cəzalandırıla bilər. Amma dərman firması çox böyükdürsə, köklü bir firmadırsa və ya hər yerdə adamları varsa, nə bilim hər hansısa bir şəkildə məsələnin üstü bağlana bilər.

Lakin Dimara Dileyin fikrincə,  heç nəyə baxmayaraq xəstələr haqlarını sona qədər müdafiə etməlidirlər.

Dimara Dilek

Ölkələrin bəzi yerlərində firmalar artıq Səhiyyə Nazirliyinə , və ya başqa yerə rüşvət verər və ya başqa nəsə edər, onu bilmərəm. Amma hər insanın hüquqi yolla haqqını tələb etməsi onun qanuni haqqıdır. Gedib dərman firmasından, həkimdən şikayət edə bilər. Səhv müalicə edib, sağlamlığıma xətər törətdi deyib maddi, mənəvi təzminat iddiası irəli sürə bilər, qanuni yolla.

Korrupsiyaya qarşı mübarizə aparan Qeyri Hökümət Təşkilatlarının məlumat və Əməkdaşlıq şəbəkəsinin nümayəndəsi Zaur İbrahimov bu məsələdə zərərçəkmiş xəstələrin də günahkar olduğu fikrindədir.

Zaur İbrahimov

Qeyri-rəsmi sövdələşməyə girərək həkimlər dərman firmalarının tövsiyyə etdiyi dərmanları resseptlərə yazırlar. Bu dərman vasitələrinin satışından gələn gəlirdən əldə olunan vəsaitdən də müəyyən faiz onlara çatır. Amma çox təəssüf ki, bu sahə cəmiyyətin diqqətindən kənar qalıb. Bununla bağlı bizə rəsmi müraciət olunmur. Amma başa düşmürlər ki, bu həkimlər neçə-neçə insanların sağlamlığına zərər gətirir . Peşə etikasın da pozur. Ən vacibi də səhiyyə sisteminə və həkimlərə inamın azalmasına səbəb olur.

Ekspertlər, həmçinin bildirir ki, lisenziya verən orqan Səhiyyə Nazirliyi olsa da, o dərman firmalarının həkimlərlə qanunsuz işbiriliyinin aşkarlanacağı təqdirdə lisenziyanı geri ala bilmir. Nazirlik lisenziyanı yalnız bu işbirliyindən zərərçəkmiş şəxs məhkəməyə müraciət edib, faktı sübuta yetirdikdən sonra Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq -lisenziya verilməsi haqqında qaydaların 5.4.3 bəndinə əsasən məhkəmənin müvafiq qərarı ilə dayandıra və ya ləğv edə bilər. 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: cialis no rx
  3. Geri izləmə: viagra for men

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.