P.S, Xəbəriniz olsun, Z-Manset

Müasir Hellouin bayramı - Xəbəriniz Olsun

Hellouin (ing.Halloween) Qərbdə kifayət qədər məşhur, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd olunan bayramdır. Bu qeyri-adi bayramın yaranma tarixçəsi isə belə olub.

Hellouin qədim keltlərin adətləri əsasında yaranıb. Bu xalq şərti olaraq ili 2 hissəyə bölüb: işıqlı və qaranlıq. Bu qaranlıq hissə noyabrın əvvəllərindən başlayıb, aprelin sonlarında başa çatıb. Həmin məşhur gecə Samayan adlanıb. Deyilənə görə, məhz həmin vaxtda planetlər arasındakı sərhədlər açılıb və fövqəltəbii qüvvələr bizim dünyamıza nüfuz ediblər. Bu qüvvələrin zərər yetirməməsi üçün insanlar heyvan dəriləri geyiniblər.

Хэллоуин

 

İndiki dövrdə Hellouin bayramı müxtəlif kostyumlu partilər təşkil etməklə keçirilir. Bayramın ən əsas atributu içərisində şam yanan balqabaqdır. Bu bostan bitkisində qəddar üz, göz və ağız yaradırlar. Son zamanlar həmin gecədə fala baxmaqda məşhurlaşıb. Onlardan bir neçəsini təqdim edirik:

1. Həmin gecə bir qız qaranlıq otaqda güzgünün qarşısında əyləşib, şam yandırıb və güzgüdəki əksinə diqqətlə baxaraq ya alma yeməlidir ya da ki, saçını daramalıdır. Bir az sonra qız güzgüdə öz gələcək həyat yoldaşının əksini görməlidir. Əgər şam yerə düşsə, mütləq falı dayandırmaq lazımdır. Bu o deməkdir ki, ətrafda qəddar ruhlar gəzir.

halloween

2. Kartof püresinə bu əşyaları qoymaq lazımdır: açar, ürək, qəpik, düymə, balıqqulağı və üzük. Qaranlıq otaqda olan adamlar növbə ilə qaşıqla bir dənə əşya götürüb onun mənasına baxmalıdır. Açar – şan-şöhrət, ürək – xoşbəxtlik və qarşılıqlı sevgi, qəpik – var-dövlət, düymə – tənhalıq, balıqqulağı – çoxdan gözlənilən istirahət və ya səyahət, üzük – evlilik.

3. Subay bir qız noyabrın 1-nə keçən gecə yatmadan öncə duzlanmış siyənək balığından bir tikə yeməli ancaq su içməməlidir. Yuxuda ona su gətirən oğlan elə onun taleyinə yazılmış insandır.

Bundan əlavə belə maraqlı adət də mövcuddur: Hellouin gecəsində döşəyin altına alma qoyub arzu tutun. Əgər səhərə yaxın almanı yeyə bilsəniz, onda arzunuz yerinə yetəcək.

Hazırladı: Rəna Hüseynova
Mənbə: mif-facts.com.ua

Öncəki xəbərNövbəti xəbər