Müsahibə, Sosial, ZZ-Manşet

“Müəllim şiddətə əl atmamalıdır”

Nadir-Israfilov0211Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. Məktəbin direktoru və müəlliminin əmək müqaviləsinə son verilib.

Bu barədə GSR.fm-ə müsahibə verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu məsələnin ən başlıca səbəblərindən biri belə halların həddindən artıq qabardılmasıdır. Bu hallar şübhəsiz ki var, lakin bu halların mahiyyəti, onu doğuran səbəblər bilinmir:

“Sosial şəbəkələrdə, İnternetdə, medyada bu xəbərlər yayılır və bu məsələyə diqqət çəkəndən sonra məlum olur ki, hadisə heç də bu şəkildə olmayıb və ya günah müəllimdə deyil və s. Bu hallar hər sahədə, sosial həyatımızın bütün sahələrində baş verir, lakin məktəblə bağlı olduğundan müəllimin onsuz da sarsılmış nüfuzunu bir az da aşağı salır. Əlbəttə, bu hallar xoşagələn deyil. Bu məsələyə bir mənalı yanaşılmır, burada müəllimə bəraət qazandıranlar da olur. Müəllimin də əsəbi var, müəllim də hövsələdən çıxa bilər və ya şagirdlərin ailə tərbiyəsi aşağı səviyyədədir və s. kimi fikirlər də səslənir. Lakin pedoqoji tələblər var və müəllimin əsəblərindən asılı olmayaraq şiddətə əl atmamalıdır”.

Ekspert son zamanlar məktəbdə tərbiyə işinin ikinci plana keçdiyini vurğulayıb:

“Məktəb hər şeydən əvvəl təlim-tərbiyə ocağıdır. Amma son illərdə, daha doğrusu sovet təhsil sistemi dağılandan sonra, qərb təhsilinə keçid dövründə tərbiyə işi bir az arxa plana keçdi və əsas diqqət təlimə verildi. Yeni, sistemin əsas göstəricisi şagirdin ali məktəbə girməsi, yüksək bal toplaması və ya bilik-bacarığı yüksək olmasıdır. Bu məsələ Təhsil Nazirliyinin diqqətindən kənarda qalmayıb. Bu sahədə kurikulum islahatlar keçirildi və açıq-aşkar məsələ qoyuldu ki, orta məktəbin yeganə vəzifəsi ali məktəbə hazırlamaq deyil, eyni zamanda şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Artıq on ilə yaxındır ki, biz bu sistemə keçsək də, təəssüflər olsun ki, yenə də məktəbin fəaliyyətinə biliklə qiymət verilir. Biliyin ölçüyə gələn meyarları var, 600-700 bal və ya 0 bal, amma şəxsiyyətyönümlüyün ölçü vahidi hazırlanmayıb”.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra for sale
  3. Geri izləmə: ciprofloxacin virus
  4. Geri izləmə: buy viagra online

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.