Sosial, Xəbərlər, ZZ-Manşet

“Mühəndislik Universitetinin yaradılması digərlərinin ləğvi deyil”

mikayil cabbarov

“Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər, sadəcə, şayiədir”.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, universitetin müvafiq maddi-texniki bazası yaradılacaq: “Ali məktəbə yeni rektor təyin olunacaq, tədris planları hazırlanacaq. 2017-2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır”.

Nazir əlavə edib ki, universitetə bina yer ayrılması ilə bağlı müzakirələr aparılır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.