Siyasət, ZZ-Manşet

“Münaqişə danışıqlar və kompromislər yolu ilə həll edilməlidir”

medvedev-570x360Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”

“Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır”.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır: “İqtisadi durum sadə olmayan bir dövrdən keçir. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır”.

D. Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.