Magazine, Xəbərlər, ZZ-Manşet

Musiqi festivalı başa çatıb

94113_20ff4wlh41

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalına sentyabrın 27-də yekun vurulub.

GSR.fm-in Axşam.az-a istinadən verdiyi məlumata görə, festivalın bağlanış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, V.Saraçişvili adına Tbilisi Dövlət Konservatoriyasının Gənclər Xoru və Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti konsert proqramı ilə çıxış edib.

Orkestrlərə xalq artisti Fəxrəddin Kərimov dirijorluq edib. Gürcüstanlı Liana Çonişvili və Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə keçən konsertdə görkəmli bəstəkarlar Dmitri Şostakoviç və Coakkino Rossininin əsərləri səsləndirilib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.

Builki festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər. Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış yerli və xarici ölkə bəstəkarlarının əsərlərini dinləyiblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.