Cəmiyyət

Nəqliyyatda vahid kart sisteminə hazırıqmı?

Bu ilin sentyabr-noyabr aylarından nəqliyyatda intellektual idaretmə sisteminin tətbiq olunacağı gözlənilir. Yeni sistemə əsasən, təkcə avtobuslarda deyil, metro,taksi, hətta elektrik qatarlarında da vahid ödəmə kartından istifadə olunacaq. Bununla yanaşı, avtobuslar dayancaqdan kənarda saxlaya bilməyəcəklər. Bəs, əhali intellektual idarətmə sisteminə keçidə hazırdırmı?

Düzdür, bizdə hələ ictimaiyyət ona hazır deyil, bilmirik bizdə nə qədər səmərəli olacaq, amma, məncə, yaxşıdır.

– Bəzən olur ki, cibimdə xırda olmur, 5 manat verirsən şoferdə xırda olmur, ya 1 manat verirsən qəpik olmur. Belə problemlərin qarşısını almağa kömək edər.

-Azərbaycanda mənasızdı. O, İngiltərədə ola bilər, Burda ola bilməz, biz hazır deyilik, mənəvi hazır deyilik.

-Bir şey kartla olanda hökümətə xeyirdir, şoferlərin xeyrinə deyil.

Nəqliyyat Nazirliyi nümayəndələrinin sözlərinə görə, sistemin tətbiqi çoxlu mailiyyə vəsaiti tələb etdiyindən gediş haqlarının yüksələcəyi istisna olunmur. Müsahiblərimizdən  bəziləri bunu eşidən kimi narazılıqlarını bildirdilər.

– Qalxmasa daha yaxşı olar, çünki yetərincə hər bir şeyin qiyməti yuxarıdı.

– Ona, düzdür, münasibətim yaxşı deyil, onsuz da hələ belə çətindi.

– Ona görə razı deyiləm ki, qiymətləri ola bilər fərqli olar.

Layihədə digər maraqlı tərəf isə sürücülərdir. Yeniliklər tətbiq edildikdən sonra artıq sürücülər plana işləməyəcək, konkret əmək haqqı alacaqlar. 96 nömrəli avtobusun sürücüsü Qara müəllim yeni sistemi bəyənir.

Yəqin bizə sərf edər. “Bez astanovka” saxlamarıq yaxşı olar. Nə başım ağrıyar  nə də bir şey. Mənə sərf eliyər.

-Əmək haqqı verəcəklər. Qane edəcək bu sizi ?

– Baxacağıq da, sərf edəcək işləyəcəyik, etməsə işləməyəcəyik.

Azərbaycanda yaşayan, ödəmə kartından isə Çexiyada istifadə etmiş Fuad Şahbazov bu sistemin üstünlükləri barədə danışdı.

– Deməli biz, fərqi yoxdu metro, avtobus , taksi kart hamısında keçirdi. Bizim pulla hardasa tələbə o karta 80-90 qəpik pul ödəyirdi. Deməzdim ki, ilk dövrdə Azərbaycan özünü doğruldan bir sistem olacaq.

Yeni sistemin tətbiq olunacağı gün uzaqda olmasa da, müsahiblərimizin əksəriyyəti hələ də bu günə hazır deyillər.

Öncəki xəbərNövbəti xəbər

9 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.