Xəbəriniz olsun, Xəbərlər

Nağıla bənzər 12 festival

Rio de Jeneyro karnavalı
Rio de Jeneyro karnavalı

28 fevral tarixində Rio de Jeneyroda fantastik karnaval keçirilir. Bu karnaval dünyada ən çox gözlənilən bayramalardan biridir. Əslində “Rio karnaval”ı Turizm Nazirliyi, Sambo məktəb liqası və yayım şirkətlərinin maliyyələşdirdiyi sambo məktəblərinin paradıdır. Hər bir sambo komandası mövzu seçir və rəqslərini qurur, geyim və təqdimat hazırlayır. Karnavalın sonunda bir sambo məktəbi qalib seçilir və pul mükafatıyla təltif olunur. Qeyd edək ki, Braziliyada Sambo məktəbində oxumaq nüfüzlu hesab olunur.

Hindistanda "Holi" festivalı
Hindistanda “Holi” festivalı

Holi- Hindistanda baharın gəlişi və təbiətin oyanması münasibəti ilə, mart ya da fevral aylarında qeyd olunan bayramdır. Bu bayramda hindlilər qadınlar və kişilər arasında güləşlər təşkil edir, tonqalın üzərindən tullanır, sitayiş etdikləri Allahların heykəllərini yelləncəkdə yelləyirlər. Lakin sözsüz ki, bayramın ən önəmli hadisəsi- insanların bir birinə rəngli su və boya atmasıdır. Boyaları müalicəvi otlardan hazırlayırlar. Yazın gəlişi zamanı bu boyalar yaranan virusların yayılmasının qarşısını alır.

Venesiyada Karnaval
Venesiyada Karnaval

Hər il Venesiya 12 günlük dünyanın ən iddialı və parlaq karnavallarından birinin ev sahibi olur. Azğın fantaziya, yüksək musiqi, yuxusuz gecələr, boyalı qayıqlar və maskalar… San-Fransisko meydanından başlayan karnaval, musuqi və rəqslərin müşayiəti ilə  Venesiyanın dar küçələrində davam edir. Karnaval kostyum paradı, atəşfəşanlıq, küləş müqəvvanı yandırmaq və rəqslərlə başa çatır.

Çində "Yaz" festivalı
Çində “Yaz” festivalı

“Yaz” festivalı əslində “Çin Yeni il” idir. Bayram yanvar ayının  axırı başlayır və 40 gün davam edir. Bu günlərdə atəşfəşanlıq, karnavallar təşkil olunur. Çinlilər böyük sevinclə evlərini bəzəyirlər. Dükanlarda və restoranlar da isə insanlara yeni il təamları təklif olunur.

"Burning Man" festivalı
“Burning Man” festivalı

İncəsənət festivalı olan “Burning Man” avqust ayının son həftəsində Nevada ştatının səhrasında keçirilir. İnsan şəklində olan taxta heykəlin yandırılması adəti olduğuna görə, bu festivalı “Burning Man” adlandırıblar. “Burning Man” festivalının önəmli ştrixlərindən biri, heykəltaraşların fantastik əsərləridir. Festivalın sonunda heykəllər, lüt insanların marşı, tanınmış musuqiçılərin və DJ-rin konsertləri sədası altında yandırılır. Həmin ərazidə festival çərçivəsində nəqliyyatdan istifadə qadağan olunur. Qadağalar siyahısında pulun dövriyyəsi də var.

"Buz və qar"festivalı, Xarbin
“Buz və qar”festivalı, Xarbin

Çin şəhəri olan Xarbin dünyada buz və qar incəsənətinin mərkəzlərindən biri sayılır. Beynəlxalq “Qar və Buz” festivalı noyabrın beşi başlayır və bir ay davam edir. Buz heykəlləri: insan, heyvan və mifik obrazlar şəklində hazırlayırlar. “Buz əsər”lərinin  gecə işıqlandırılması üçün xüsüsi işiq avadanlıqları istifadə olunur.

"Divali" bayramı, Hindistan
“Divali” bayramı, Hindistan

Divali- xeyrin şər, işığın zülmət üzərində qələbəsini tərəmmün edən və oktyabr-noyabr aylarında Hindistanda keçirilən “Od” festivalıdır. Festival zənginlik və məhsuldarlıq İlahəsi olan “Lakşmi”yə həsr olunur. Bu bayramda evlər təmizlənir, bütün işiqlar yandırılır, çünki ilahə “Lakşmi” qaranlığı sevmir. Hindlilər “Lakşmi”yə dua edirlər və bayram gəcəsi ilahələrinin evə daha asan daxil olması üçün, evin qapı və pəncələrini açıq saxlayırlar.

"Üzən fənər" festivalı, Havayi
“Üzən fənər” festivalı, Havayi

Hər il Havayida “Yaddaş günü” keçirilir. Həmin gün, Havayi sakinləri və turistlər suyun üzərinə buraxılan minlərlə fənərə tamaşa etmək üçün okean sahilinə gəlirlər. Okeana buraxılmış fənərlər özləri ilə birgə insanların dualarını, arzularını, ümüdlərini okeana aparırlar.

Kino və musiqi festivalı
Kino və musiqi festivalı

Kino və musiqi festivalı olan “Boomtown”, Texas ştatının cənubi-şərqində keçirilir. “Boomtown” festivalı çərçivəsində dünyanın ən yaxşı filmləri nümayiş olunur. Həmçinin bu festival həmfikir insanlara yaradıcı ideyalardan danışmaq və müzakirə etmək fürsətini verir. DJ-lərin rəngarəng çıxışları isə hər il daha fərqli keçir.

"Gül" festivalı
“Gül” festivalı

İldə bir dəfə Tailandın şəhəri olan Çianqmayda “Gül” festivalı keçirilir. Turist kütləsi qadınların, kişilərin, uşaqların və musiqiçilərin qeyri-adi yürüşlərində iştirak etmək üçün can atır. Bayram fevral ayının ilk cümə günü başlayır və üç gün davam edir. Bu zaman şəhər güllərlə bəzədilir. Qızlar milli və ekzotik görünüşü olan geyimlər geyinirlər. Onlardan ən gözəli qız seçilir və “Gül kraliça”sı elan olunur.

"Qar" festivalı
“Qar” festivalı

1950-ci ildə Sapporo şəhərinin məktəblərinin birində  yuxarı sinif şagirdləri uşaq tamaşası üçün qardan altı heyvan fiquru hazırlayırlar. Küçədən keçənlərin marağına səbəb olan  məktəblilərin əl işlərindən sonra, Sapporo şəhərinin sakinləri hər il fevral ayının əvvəlində qardan və buzdan fiqurlar düzəltməyə başlayırlar. Əvvəl bu festival yalnız yaponlara məlum idi, lakin 1972-ci ildə keçirilən 11-ci qiş olimpiadasından sonra, festival dünyada məşhurluq qazandı.

Tailandda "Fənər" festivalı
Tailandda “Fənər” festivalı

Əfsanəyə görə yanan fənəri səmaya buraxan zaman, insan ruhunu təmizləmək, ölmüş qohumlarıyla əlaqə yaratmaq, ailə bağlarını bərkidmək və sönmüş sevgi hissini alovlandırmaq  şansını əldə edir. Od- təmizliyi, fənərin uçusu isə yüksəkliyə can atmağı simvolizə edir. Bu adəti Tailandda “Səma fənər”i festivalı çərçivəsində müşahidə etmək olar. Səmada möhtəşəm görüntü yaranır.

Wowfacts.net

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.