Aktual

“Nar Mobile” abonentlərini rabitəsiz qoydu

Osman Gündüz:

Yox əgər problem baş verəndən sonra bunu edirlərsə, burada iki hal var. Ya bunlar hörmətsizlik edirlər, ya da bu doğrudan da bu gözlənilməzdir. Yəni gözlənilməzdirsə, deməli  vaxtında profilaktik addımlar atılmayıb. Bir araşdırma aparılmayıb ki, yəni hansı problemlər üzə çıxa bilər, necə ola bilər?! Deməli, burada lisenziyalı standarta uyğun proqram təminatından, texniki texnoloji vasitələrdən istifadə ilə bağlı şübhələr var.

Weboxu.com saytının redaktoru Şaiq Muradov da mobil operatorun fəaliyyətindəki fasilənin planlaşdırılmış texniki təkmilləşdirilmə işləri ilə əlaqəli olduğuna inanmadığını bildirir. O, belə işlərin abonentlərə ziyan vurulmadan aparılmalı olduğunu sözlərinə əlavə edir.

Şaiq Muradov:

Hətta əgər bu çökmə planlaşdırılmış çökmədirsə, bu da ayrı bir biabırçılıqdır.  Çünki belə işləri əsasən gecə, səhərə yaxın saatlarda profilaktik tədbirləri bu vaxt görürlər ki, istifadəçilər, abonentlər ziyan çəkməsin.

Azərbaycanda mobil operatorların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərdiyini nəzərə alaraq Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovla əlaqə saxladıq.

Müşfiq Əmirov:

Orada texniki problemlər var, özləri ilə əlaqə saxlayın, həll edirlər. Bunlar bilmirlər, texniki problem yaranacaq. Bu qəflətən yaranmış texniki problemdir. Həmin an da məlumat verdilər kütləvi ictimaiyyətə. İndi hal-hazırda onunla məşğuldurlar. Saat 2-yə günorta radələrində, yəqin həll olar.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edir ki, məsələ tam həll olunduqdan sonra Azerfon şirkətindən bununla bağlı izahat alacağıq.

Lakin Azerfon şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Fərid Məmmədov təxminən saat 15:00 radələrində radiomuza  verdiyi müsahibədə şəbəkədə yaranmış qəzanın aradan qaldırılması istiqamətində işlərin hələ də aparıldığını bildirir.

Fərid Məmmədov:

Dünən axşam gecə radələrində bizim profilaktik işlər həyata keçirilmişdir. Və profilaktik işlər bitdikdən sonra səhərə yaxın, hardasa 05:30 radələrində bizdə qəza baş vermişdir. Və bu qəza ilə əlaqədar olaraq indi hal-hazırda bizdə texniki problemlər yaranmışdır. Və bizim texniklər hal-hazırda bunun üzərində işləyir.

 Fərid Məmmədov qəzanın yaxın vaxtda həll olunacağını vurğulasa da, materialın efirə hazırlandığı müddətdə, saat 20:00 olmasına baxmayaraq  abonentlər  hələ də rabitə xidmətindən məhrum qalmaqdadırlar.

Yüzlərlə “Nar Mobile” abonenti sosial şəbəkələrdə operatorun rabitə şəbəkəsində yaranmış problemlə bağlı narazılıqlarını bildirir və onlara ziyan dəydiyini qeyd edirlər. “Nar Mobile” abonenti Əziz Musayev də səhər saat 9:00-dan bəri zəng etdiyi şəxslə əlaqə saxlaya bilmədiyi üçün şikayətlənir.

Əziz Musayev:

Səhərdən 42 dəfə yığmışam Nar nömrəsinə düşə bilmirəm. Bütün vacib işlərim tökülüb qalıb, amma bundan böyük problem olar?! Məcbur olub taksi tutub, onun dalınca getməliyəm. Mənə elə bir moralni (red-əhval) ziyan vura bilər ki, o qiymətə gəlməz. Nə etməliyəm mən? Gedirdim indi işə. Zəng vurum ki, bu nə nömrədir saxlayırsınız?!

Sonda Əziz Musayevin “Nar Mobile”dan istifadə etməyə davam edəcəksinizmi? sualına cavabı belə olur.

Əziz Musayev: Çox güman ki, yox.

***

 Mövzu ilə bağlı Vəlvələ verilişinin xüsusi buraxılışı: “Nar Mobile”-da nə baş verir?

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.