Siyasət, ZZ-Manşet

NATO-nun baş katibi Ukraynaya səfər edir

nato1-570x328Avqustun 7-də NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynaya səfər edir.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirliyinin rəsmisi Vasili Zvarıç bəyan edib. “Səfər Ukrayna prezidentinin dəvəti ilə həyata keçirilir. Rusiya tərəfindən təcavüzə məruz qaldığımız vəziyyətdə bu səfər bizim üçün xüsusi əhəmiyyət kəsb edir” , deyə diplomat bildirib.

Səfər sentyabrın 4 və 5-də keçiriləcək NATO sammiti ərəfəsində baş tutur. Məhz bu sammitdə Ukrayna – NATO komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.