Sosial, ZZ-Manşet

Nazir Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

sahin mustafayevİqtisadiyyat naziri Şahin Mustafayev Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan-Fransa iqtisadi əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan nazir ölkələrimizin ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Qeyd olunub ki, Fransa Şirkətlər Hərəkatının may ayında ölkəmizə nəzərdə tutulan səfəri zamanı nümayəndə heyətində çoxsaylı fransız şirkətlərinin təmsil olunması da iş adamları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Ş. Mustafayev Fransanın bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətinin qəbuledilməz olduğunu vurğulayıb.

Səfir Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Diplomat hazırkı iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.