Cəmiyyət

Neft-milli sərvət ya problem?!

Firəngiz Ağayeva

Balaxanı bir sərvətdir. Çox gözəldir bizim kəndimiz. Bu kəndlər arasında görürsən nə qədər buruqlar var. Nefti maşallah bizim kəndimiz verir, Ramanıdı, Suraxanıdı. Bu, sərvətdir, bu dövlətdir. Buna qara qızıl deyirlər, gör nə gözəldir. Bütün dünyanın Azərbaycanda gözü var.   

Bu sözləri Balaxanıda doğulub boya-başa çatmiş  Firəngiz Ağayeva deyir.

balaxani-15Balaxanı  XIX əsrin 70-ci illərindən başlayaraq Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlayıb. 1869-cu ildə burada ilk dəfə olaraq mexaniki üsulla quyu qazılıb və gözlənilmədən elə fontan vurub ki, 3 gün ərzində hər tərəf neft gölünə dönüb.

Ancaq Balaxanı sakinləri buranın ekoloji vəziyyətindən narazıdır. Onlar Balaxanıda olan havanın ağırlığından  və neftli torpaqlarda olan natəmizlikdən şikayətlənirlər.

Mərdail Qəribov:

Neft gözəl sərvətdir. Neft ən birinci Balaxanıdan çıxıb. Ancaq kənd camaatı üçün çox ziyanlı şeydir də. Buranın havası ağırdır, çox ağırdır. Uşaqlara ziyandır. Ekologiyası çox pisdir Balaxanının. Hərdən elə hava olur ki,  heç adam nəfəs ala bilmir burda.

Ramin Məmmədov:

Neftin iyisi, qoxusu pisdir, zərərlidir. Yaşamaq olmur iyidən qoxudan. Baxın da, təmizlik var burda? Yoxdur. Bir də baxırsan partlayır tökülür asfalta.

Sakin:

İy gəlir, hamısı radiasiyadır onsuzda bunun hamısı.

Kamran Həsənov:

Neftdi, ekologiyadı, hamısı ziyandı insanın orqanizminə. Zavoddu tikilib orda. Tüstüdü hamısı qalxır, hamısı ziyandı. Səhər-səhər  durursan hava almağa tüstü udursan. Neftin iyindən evdə oturmaq olmur.balaxani-13

Balaxanı neft mədənləri hazırda “Balakhanı Oil Company” şirkətinin tərkibindədir və istehsalat baxımından Dövlət Neft Şirkətinin birgə müəssisədir. Şirkətin  mətbuat katibi Nizaməddin Quliyevin sözlərinə görə, Neft şirkəti bu əraziləri  2010-cu ildə UGE-Lanser PTI şirkəti ilə 25 illik müqavilə imzalayaraq onlara icarəyə verib və bu ərazilərdə təşkilati və hüquqi məsələlərə həmin şirkət cavabdehdir.

Netçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə ekoloji vəziyyətin keçən illərə nisbətdə qənaətbəxş olduğunu fikrindədir.

Mirvari Qəhrəmanlı:

İki il qabağı görsəydin, lap dəhşət idi. Bu köhnə mədənlərdə köhnə avadanlıqlar lap biabrçı vəziyyətdədir. Ümumiyyətlə kəndin içinə girir, uşaqların həyatı üçün çox təhlükəlidir. Ərazilərin bəziləri qorunmur, bəzilərində də o zibilliyi görmüsən? 2 il əvvəl görərdin hələ, biabrçı vəziyyət idi.

30 ildir Balaxanıda məskunlaşan Zümdür Əliyeva deyir ki, onların evi Sovet dövründə-hələ neft buruqları salınmamışdan qabaq tikilib. Elə bu səbəbdən də 150-dən çox yaşı olan bu ev sökülmə təhlükəsi qarşısında qalıb.

balaxani-11Zümrüd Əliyeva:

İndi də nə bilim, qol çəkdirirlər, neynirlər bizə buruqlara görə, kim buruğun yanında yaşayır.  Bilmirəm daha nə deyirlər,nə demirlər. Bilmirəm, heçnə demirlər. Oxuyuruq, deyir ki, axır ki, sökülməlidir. Nə sökülməlidir bilinmir. Neçə ildir bir buruğun yanındayıq axırı. Bizi çağırırlar da məhkəməyə, getmişik. Amma nə bilim,oxuyuram ordan, nə yazılıb başa düşülmür axı . Dəqiq də demirlər. Sökülsə hamısı gedəcək. Ola bilər kiməsə satıblar hansısa xarici ölkələrə. Ona görə ki, bizi də çağırırlar, siyahıya alırlar, neynirlər.

Balaxanı İcra Hakimiyyətinin  mətbuat katibi Əkbər Hüseyov isə deyir ki, buruqdan 75 metr kənara qədər yaşayış varsa  o, neft ərazisində olan mülk sayılır, söküntüyə məruz qala bilər:

Əkbər Hüseyov :

Neft ərazisinə yaxın olan sahələdə yaşayan 100 yaşı olan  evlər var ki, təsəvvür edin ki, o ev tikiləndə hələ heç neft buruğu onun yanında olmayıb. Neft buruqları keçən əsrin 50-ci illərindən başlanılıb salınmağa. Amma o evin 100 yaşı var. Yanında buruq olduğuna görə, bu gün həmin neft sahəyə hansısa 5-ci mədəndi, 6-cı mədəndi, mədən ərazisinə düşən o 100 yaşında evlər üçün də məhkəmədən kağızlar gəlir ki, sizinki neftli ərazidir və sökülməyə gedir. Belə məktublar var.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin  prezidenti Telman Zeynalov isə bildirir ki, neft buruqlarına yaxın yerlərdə yaşayış evlərinin olması qanunla qadağandır və  çıxış yolu əhalinin oradan köçürülməsindədir:

balaxani-4

Telman Zeynalov:

Orada icazə verilmir tikilməyə. Birinci Neft şirkətinin ərazisidir. Neft ərazisinə aid olan torpaqları kim icazə verib orada ev tikməyə? Neft şirkəti onları köçürmək istəyirsə zəhmət çəksin onlar üçün ev tiksin, bütün sosial iqtisadi problemləri  həll etmək üçün o şəraiti yaratsın, əhalini oradan götürsün. Düzdü, Sovetin dövründə, Sovetdən qabaq orada evlər var idi, evlər tikilmişdi, ondan sonra neft buruqlarını başladılar işlətməyə.

Mövzu ilə bağlı  bir-neçə dəfə “Balakhani Oil Company”nin icraçı direktoru Sabir Nəzərov ilə əlaqə saxlasaq da,  suallarımıza cavab ala bilmədik.  Qeyd edək ki, mövzunu araşdırmağa davam edəcəyik.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.