boş bölmə, İdman, ZZ-Manşet

“Neftçi” “Kəpəz”ə qalib gəlib

futbolOktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

GSR.fm AZƏRTAC-a istinadən xəbər verir ki, günün son matçında “Neftçi” “Kəpəz”i qəbul edib. Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb – 2:0.

Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.