Siyasət, ZZ-Manşet

Netanyahunun Azərbaycana səfər tarixi açıqlanıb

benyamin netanyahuİsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub.

GSR.fm APA-ya istinadən xəbər verir ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.

Bu, B. Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.

Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

 

Öncəki xəbərNövbəti xəbər