Cəmiyyət

Nikahdan əvvəl tibbi müayinə məcburi olmalıdırmı?

Milli Məclisdə nikaha daxil olan şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı Ailə Məcəlləsinin13-cü maddəsinə əlavə və dəyişikliklər hazırlanıb. Əsas diqqət isə ailə qurmağa hazırlaşan gənclərin tibbi müayinədən keçmələri haqqında dövlət qeydiyyatı orqanlarına arayış təqdim etməsinə yönəlib. Bəs, görəsən, gənclərin özləri Milli Məclisdə səslənən bu təkliflə bağlı nə düşünürlər?

Gənclərin tibbi müayinədən keçməsi birinci növbədə onların özünə lazımdır. Özlərinin   sağlamlığını qorumaq. Orqanizimlərində çatışmayanı çatışanı bilmələri və gələcəkdə də yaşlaşdıqca problemlərin çıxmaması.

Gələcəkdə yaranan ailə boşanmaları üçün yararlı ola bilər.

Müayinə olunmaq çox yaxşı şeydir. Sağlamlığına,həm gələcəyinə,həm övlad gətirməyinə görə o xeyirlidir.

Bir-birini daha yaxşı tanımaq üçün. Bəlkə hansısa xəstəliyi var gizlədə bilər ona görə. İkimiz də yoldaşım da mən də keçmişik. Gənclərə onu məsləhət görürəm ki, bir-birinə səmimi olsunlar. Çox vaxt olur da xəstəlik olur gizlədirlər onu. Sonradan evlilikdən sonra üstü açılır.

Həkim ginekoloq Rəşad Sultan son zamanlarda tibbi müayinədən keçən gənclərin sayının artdığını deyir. Ginekoloq tibbi müayinənin məcburi şəkildə tətbiq olunmasındansa, bu sahədə  maarifləndirmənin daha vacib olduğu fikrindədir.

Rəşad Sultan:

Hər cür məcburiyyətin əleyhinəyəm. Daha çox bunu sanitar maarifi metodları ilə  cəmiyyətin bu barədə bilgiləndirilməsi və şəxsi istəklə olmasının tərəfdarıyam. Çünki məcburiyyət öz yanında həmişə saxtakarlıqları, qaçmaları, yəni qoyulan proseduralardan, məcbur edilən prosedurlardan kənara çıxmalara da gətirir. Məcburiyyətdən ziyadə, yəni məcburiyyət qanunlar siyasətçilərin, qanunu çıxardanların işidir. Amma bizim həkim olaraq işimiz  insanları bu barədə bilgiləndirməkdən ibarətdir.

Qeyd edək ki, tibbi müayinənin məcburi olması haqqında təklifi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi irəli sürüb. Təkliflər planında nikaha daxil olan şəxslərin tibbi müayinəsi, tibb ocaqlarında ailə planlaşdırılması məsələləri üzrə məsləhətlərin pulsuz olması, həmçinin, nikaha daxil olan tərəflərdən biri özündə müəyyən edilən xəstəlikləri gizlədərsə, digər tərəfin nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması və bu kimi başqa müddəalar qeyd olunub.

Adı çəkilən Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu təklifin irəli sürülməsinin səbəbini gələcəkdə fiziki və sağlam ailənin qurulması ilə əlaqələndirir.

Elgün Səfərov:

Hər hansı xəstəliklərin qarşısı alınmazsa,bildirilmirdi ki,Azərbaycanda bu gün bu problemlər var nədi nə deyil. Bunla əlaqədar konkret müəyyənləşdirilmişdir ki,bu problem ola bilər və o problemin qarşısının alınması əsasən də  bunların keçirilməsinə ehtiyac vardır ki, bugünkü gün hər iki şəxs arasında inam doğursun ki, bu boşanma sayları çoxalmasın. O boşanma hallarının bir səbəbi də eyni zamanda odur ki, deyək ki,sonsuzluq problemidir ailələrdə. Gələcəkdə bu kimi bir problemlər ailənin dağılmasına səbəb olmasın.

Gənclər arasında maarifləndirmə kompaniyalarının aparıldığını bildirən Elgün bəy deyir ki, bu təklif qəbul edilsə belə gəncləri heç kim müayinəyə məcbur edə bilməz.

Elgün Səfərov:

Bugünkü gün o məcburilik faktı nəzərdə tutulmur. O təkliflərdə də məcburilik faktı əhatə edilmir. Orda başqa prosedura əhatə edilibdir. Məcburilik, bunları məcbur etmə faktı yoxdur. Ona görə ki, o birbaşa konstitutsiya hüququnu pozur insanın. Di gəlki,müayinə aparmaq istəyirəm istəmirəm mənim hüququmu heç kim poza bilməz.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə tibbi müayinənin məcburi olduğu təqdirdə gənclərin rəsmi yox, vətəndaş nikahına daxil olma hallarının artacağını düşünür və bu səbəbdən də əvvəlcə maarifləndirmə işlərlərinin aparılmalı olduğunu deyir.

Musa Quliyev:

Bizim araşdırmalar göstərdi ki, əhalimizin çox hissəsi xüsusilə kənd yerində yaşayan toplum bu cür lahiyəyə hazır deyil. Üç ildir ki, bu lahiyə gündəmdədir, müzakirələr gedir. Düşündük ki maarifləndirmə işləri bir az getməlidir. İnsanlarımız bu müayinələrin mahiyyətindən yaxından tanış olmalıdır və ondan sonra icbari şəkildə qanun qəbul etmək olar.

Millət vəkilinin fikrincə əgər Ailə Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında  qanun qəbul olunarsa, 20 il ərzində irsi və genetik xəstəliklərin kökü kəsiləcək. O, bu məsələ ilə bağlı müzakirələrin hələ də  gündəmdə olduğunu bildirir.

Musa Quliyev:

Bu müzakirələr bir neçə ildir gedir. Bir neçə əlaqədar nazirliklər də bu müzakirəyə qoşulublar. Milli Məclisin Sosial Siyasət Komitəsində 3 dəfə bu müzakirə aparılıb. Amma əhalinin maarifləndirilməsi səviyyəsi bizi qane etmədiyindən hələlik bu qanunun qəbuluna tələsmirik. Yəqinki payız sesiyasında Məclisə təqdim edəcəyik.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.