Maraqlı, Xəbərlər, ZZ-Manşet

Nobel mükafatçısının elan olunması təxirə salınıb

nobelteqdimat

2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı oktyabrın 13-də məlum olacaq.

GSR.fm-in AzVision.az-a istinadən verdiyi məlumata görə, bunu Nobel komitəsinin üzvü Per Vestberq bildirib. Onun sözlərinə görə, ədəbiyyat üzrə laureatın elan olunması prosesi komitənin iş qrafiki ilə əlaqədar əvvəlki illərdə olduğundan bir qədər gec baş tutacaq.

Digər sahələrdə mükafat sahiblərinin adlarının isə gələn həftə elan ediləcəyi gözlənilir. Tibb üzrə Nobel mükafatı laureatı isə oktyabrın 3-də bəlli olacaq.

Öncəki xəbərNövbəti xəbər