Düşər-Düşməz

“Norveç ailələrində qıza cehiz vermirlər”

Bu həftə Aidə Səlimin təqdimatında dinlədiyiniz “Düşər-düşməz” verilişində Norveç və onun adətləri haqqında danışıldı.

Norveçlilər gündəlik həyatlarında “Təşəkkür edirəm” kəlməsindən çox istifadə edirlər. “Hər şey üçün təşəkkür edirəm” ifadəsini isə sadəcə bir vəziyyətdə deyirlər- Ölənin arxasından. Biz də bu efirdə dinləyicilərə “Həyatda kimə və nə üçün təşəkkür edirsiniz?” sualını ünvanladıq.

Veriliş ərzində Norveçin müxtəlif adətləri, musiqiləri və dinləyici şərhləri səsləndirildi. “Uğura gedən yol” rubrikasında isə Norveçli dəniz səyyahı R.Amundsenin uğur prinsipləri haqqında məlumat verildi.

Öncəki xəbərNövbəti xəbər