Podkastlar

Nostradamus haqqında nə bilirik?

Nostradamus. Bu ad yəqin ki, çoxlarınıza tanışdır. Bəs Nostradamus kim olub? Əsl adı Mişel de Notrdam olan bu şəxs  fransız həkim, əczaçı, kahin və astroloq olaraq tanınır. 1503-cü ilin dekabrın 14-də Fransanın Sen Remi (Saint- Remy-de-Provence) vilayətində katolikliyi qəbul etmiş yəhudi ailəsində dünyaya göz açıb.

İlk olaraq babaları Jien Remi (Jean de St.Remy) ve Piyerre de Notrdamdan (Pierre de Nostredame)  təhsil alıb. 15 yaşında isə təhsilini artırmaq  üçün Aviqnon (Avignon) universitetinə göndərilib. Burada dostları Nostradamusu “Kiçik astroloq” ləqəbi ilə çağırıblar. Belə adlandırılması səbəb isə astrologiya ilə dərindən maraqlanması olub.

Nostradamus tibb üzrə də təhsil alıb, bir çox yerlərdə həkim kimi  işlədikdən sonra isə Agen vilayətinə gedib. Fransız həkim bu şəhərdə ailə həyatı qurub və iki övladı dünyaya gəlib.

Nostradamusa şöhrət qazandıran  isə “qara ölüm” adlanan taun xəstəliyinin müalicəsini tapması olub. 1534- ci ildə Agendə taun xəstəliyi yayılanda, Nostradamus təmiz hava, təzə su və C vitaminindən hazırladığı toxdaqla bir çox insanı ölümdən qurtarıb. Amma 1531-cü ildə evləndiyi həyat yoldaşı və iki övladını xilas edə bilməyib. Bu hekayə ona qarşı inamsızlıq yaradıb və o Agen şəhərini tərk edib. Sonradan Salon şəhərinə qayıdaraq, burada ikinci dəfə dul qadınla ailə həyatı qurub və 6 övladı dünyaya gəlib.

Nostradamus bildiklərini, gördüklərini insanlarla paylaşmaq istəyirdi. Buna görə də 1550-ci ildə ilk almanaxını yazıb. Bir müddət sonra Nostradamus insanların qarşılaşacağı hər hadisəni əhatə edən “Yüzillər” (Centuries) adlı əsərini yazıya alıb. Kübarlar onu bir dahi olaraq görsə də, sadə xalq Nostradamusu şeytanın uşağı kimi dəyərləndirirdi. Həmkarları isə ona utanc mənbəyi kimi baxırdırlar.

Verilən məlumatlara görə, Nostradamus ölümünün tarixini də dəqiq bilirmiş. 1566-cı il iyulun 2-də axşam qulluqçusunu çağırıb, ona xeyirli gecə diləyərək “Məni sabah diri görməyəcəksiniz” deyib. Sabahı isə Nostradamusu laboratoriyasında cansız tapıblar. Astroloq vəsiyyətnaməsində çürümüş sümükləri dağılmasın deyə ayaq üstə dəfn edilməsini istəyib.

Bəzi tarixçilərin dediklərinə görə, Nostradamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Bu günə kimi onun yazdığı rübailərin tapmacalarını açmaq üçün çoxlu araşdırmalar aparılıb. Onun dördlüklərinin yozumu əsasında verilən proqnozların bir neçəsini nəzərinizi çatdırmaq istərdik:

– Almaniyada Hitler adlı birisi 11 il hakimiyyətdə olacaq. Çox qanlar tökəcək, axırda ordusu da, özü də məhv olacaq. Onun başına nə gələcəyini heç kim bilməyəcək.

– Böyük Britaniya onun ölümündən 152 il sonra yaranmasına baxmayaraq, bu ölkədən də  bəhs edib.

– O, eləcə də özündən 210 il sonra yaranmış ABŞ dövlətindən, ölümündən 250 il sonra yaranmış ABŞ Demokratlar Partiyası (1828-ci il) və onun rəmzi – uzunqulaqdan da söz açıb.

– Onun Ermənistan-Azərbaycan arasındakı Qarabağ müharibəsinə aid edildiyi fərz olunan dördlüyü də var: Orada deyilir ki, “Saçları qısa qırxılmışları silahdan məhrum edəcəklər. Bu, münaqişənin müddətini xeyli uzadacaq. İçki düşkünləri ildırım sürətli albanlara qarşı kələk işlədəcək. Özününkülərdən ayrı düşənlər məhv olacaq”.

Əcnəbi tədqiqatçılar – Bardo Kidoqo  və Con Houq “Albaniya” deyəndə müasir Azərbaycan və azərbaycanlıların nəzərdə tutulduğunu bildirirlər. Bəzi araşdırmalarda isə deyilir ki, Nostradamusun öncəgörmələrinin doğru olmaq ehtimalı çox yuxarıdır.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.