İdman

“Növbəti yarış Azərbaycan Qran Prisi adlanacaq”

Milyardlarla  azarkeşə malik olan “Formula 1” yarışı bu il də Bakıda baş tutacağı gözlənilir. F1 2017-nin bu il əsas yenilikləri bolidlərdə olunan dəyişiklərdi. Bu dəyişiklər ümumiyyətlə yarışın gedişinə, daha maraqlı olmasına, pilotların idarə etməsinə hansı təsirləri göstərir və Azərbaycan Gran Prisindən hansı gözləntilər var kimi sualların cavablarını  Azərbaycan Gran Prisinin rəsmi səfiri və İdman Azərbaycan telekanalın F1 yarışın şərhçisi Rəhim Əliyev cavablandırdı.

“Bolidlərin əsas dəyişikləri odur ki, keçən ilin bolidləri 1.80 metr idilərsə indi olublar  2 metr. Xarici görünüşdə isə   arxa qanadın hündürlüyü aşağı salınıb və eni artırılıb, ön qanad oxun ucluğa bənzər  şəkil alıb, ortası irəliyə çıxıb yanları arxaya gedib. Döngələrdə maşınlar daha dayanaqlı olduğu üçün sürətlər artır, döngələrlə zəngin olan traslarda dövrənin sürəti artır, ona görə də biz bu il  dövrəvi rekordun qırılmasını  gözləyirik, dəqiqədə 46 saniyə idisə, bu il ola bilsin 1.44-1.43 eləsinlər. Maksimal sürəti isə uzun düzlükdə biz  keçən il rəsmi olaraq 366 km/saat görmüşdük, bəzi qeyri rəsmi mənbələrdə 368 da var idi.  Amma  Bolidlərin və  təkərlərin eni artdıqca havaya qarşı müqaviməti də artır, havanı çətinliklə yarıb keçir buna  görə də   inanmıram ki sürətlər bu il böyük olsun. Başqa səbəb odur ki təkərlərin enləşməsi  orta hesabdan  25 % dəyişib : həm arxa təkərlər həmdə ön təkərlər  daha sərt və daha bərkdir və  Asfaltla ilişməni daha yaxşı təmin etmir. Buna görə də inanmıram ki maksimal sürət o qədər də artsın”.

 Bolidlərin yenilənməsi pilotlara da bir başa təsir edib.

“Pilotlar bu il uzun müddət məşq etdilər, sürətlərin döngələrdə artması onların boynuna  və bədənlərinə düşən ilk yükləmələrin  artmasına gəlib çıxartdı. Bu yükləmələr  xüsusən boyun əzələlərində ağrılar verir və ona görə də həmişə qışda onlar uzun müddət dincəlirdilər və  çempionatın başlanmasına  iki həftə qalmış məşqlərə başlayırdılar. Bu il isə demək olar ki heç dincəlmədilər, iki ay müddətində fiziki-xüsusi  hazırlıqlar keçdilər.  Əgər əvvəlki illərdə həmişə onları müəyyən çəkilərdə  saxlayırdılarsa, hətta 1-2 kiloqram arıqladırdılarsa  bu il isə onlar əksinə 3-5 kiloqram  əlavə kütlə yığırdılar ki onları tezdən əzələyə çevirə bilsinlər”.

Bu il artıq “Formala 1” yarışının 7 Gran Priləri baş tutub. Rəhim Əliyev bildirir ki, bu ildə baş tutan  gran prilərdə əsas gözləntilər ötmələrin sayı artması idi. Keçən  illərinki ilə müqayisədə bu GPlərdə ötmələrin sayı azalıbsa da, oyunlar maraqlı gedir:

“Əsas maraqlı olmasına səbəb reqlamentdə dəyişiklər olanda həmişə hansısa komandanın hegemonluğu  sona çatır. Əvvəlki 3 ildə “Mercedes” komandası hegemon idi,  Bakıda da göründü ki, uzun düzlükdə həddindən artıq sürətli idilər. Bu il “Ferrari” artıq onlara çatıb və hətta bərabərləşiblər. Arxada qalan 6ci yarışda “Ferrari” qalib gəlib, 3-cüdə “Mercedec”  qalib gəlib. Yəni baş-başa mübarizə edirlər, amma finişə qədər hansı komandanın qalib gələcəyi məlum deyil”.

Bu ildən etibarən Bakıda baş tutan növbəti yarış Azərbaycan Qran Prisi adlanacaq.

“Mən bu yeniliyi çox yüksək qiymətləndirirəm. Çünki  keçən il hamı şikayət eləyirdi ki, niyə Azərbaycan  yox Avropa Gran Prisi adlandırılır, ilk növbədə bu söz-söhbətlər bitdi. Bundan başqa Bakıya gələn  jurnalistlər, azarkeşlər  hamı bilir ki, hara gəlir. Yarışın gedişini  izləyən 192 ölkənin şərhçiləri də  artıq Azərbaycan Qran Prisi deyəcək və  500 milyardlıq auditoriya bizim ölkənin adını eşidəcək. Bu, çox gözəl yenilikdir”.

Rəhim müəllim Azərbaycan Qran Prisindən gözləntiləri barədə və digər Gran Prilardan fərqliliyi barədə də danışıb:

“Bakını Monakoynan, Singapurnan müqayisə eləsək, onlardan fərqli olaraq biz çox  sürətli şəhər trasıyıq. Keçən il də, bu il də ən sürətli şəhərlər sırasında bizik. Bizim uzun 2 DRS zonamız var, arxa qanadın hərəkətdə elementin aktivləşmə zonası, və orda hər iksinin sonunda sərt əyilmə nöqtəsi olmasına görə hər iksində də ötmə mümkündür. Necə ki keçən il biz həmin yerlərdə ötmələri görürdük, bu ildə biz ötmələri görə bilərik. Birinci döngənin girişi ən əlverişlidir, uzun düzlükdən sonra sərt əyilmə nöqtəsi və yəqin ki bu il bizdə ötmələri görəcəyik. Digər traslarla müqayisə eləyəndə, əsirlərin sintezindəyik, həm köhnə həm yeni şəhər. Çox görümlü panoram var, dəniz var ,ətraf mühiti nəzərə alanda da ,biri var hansısa çölün ortasına salınmış tras ,biridə var şəhərin mərkəzində. Düşünürəm ki, fərqlənəcəyik və ümid edirik yarışımız daha maraqlı olacaq .

Qeyd edək ki, Azərbaycan Gran Prisi 23-25 iyun tarixlərdə keçiriləcək.

 

Öncəki xəbərNövbəti xəbər