Magazine, ZZ-Manşet

Nyu-York moda həftəsindən çılğın kolleksiya

Nyu-York Moda Həftəsi çərçivəsində dünən “Marc Jacobs” moda evinin yeni yaz-yay kolleksiyası nümayiş olunub.

GSR.fm Publika.az-a istinadən xəbər verir ki, amerikalı dizaynerin yeni kolleksiyası Nyu-York Moda Həftəsi marafonunun cədvəlində sonuncu nümayiş olub. Dizayneri kolleksiyanın hazırlanmasına Tokionun Xaradzyuka məhəlləsi və Şimali Florida, eləcə də Lana Vaçovski, Marilin Menson və Boy Cordun yaradıcılığından ilham alıb. Dəfilə məşhur modellər olmadan ötüşməyib. Podiuma İrina Şeyk, Adriana Lima, Kenall Jenner, Karli Kloss, Bella və Gigi Hadid bacıları kimi məşhur modellər çıxıb.

Bu mövsüm Mark Jakobs pərəstişkarları ekstravaqant geyimləri ilə təəccübləndirib. Rəngarəng naxışlar və 20 sm-lik platforma ayaqqabılar kolleksiyanın ən diqqət çəkən detalı olub.

a1

a2

4a

5a

a3

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.